"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: VALİDEYİNLƏRİM VƏ MƏN VALİDEYİNLƏRİM VƏ MƏN ================================================================================ admin on 10 November, 2009 "Mən böyüdükcə valideynlərimlə aramızdakı uçurum dərinləşir" - bir yeniyetmə inşa işində belə yazmışdı. Bu tək onun problemi deyil, valideynlərlə münasibətdən razı qalan oğlan və qız az tapılır. Nəyə görə bu günə qədər "atalar-oğullar" qədim problem aktualdır? İnsan külli miqdarda tələbatlarla və aciz doğulur. Valideynlər ona fiziki və emasional təminat verir. Uşaq onlardan ən mərhəmətlisini istəyir. Valideyn məhəbbəti uşağın ürəyinin inkişafını həvəsləndirir. O, özünü sevir, çünki valideyinləri tərəfindən sevilir. Cinsi yetkinlik dövründə yeniyetmələrlə valideyn münasibəti başqa xarakter daşıyır. Bu dövrdə qarşılıqlı olaraq bir-birini anlamaq lazım gəlir ki, hər iki tərəf üçün bu dövr ancaq kəşflər və sevincə gətirsin. Çətin yetkinləşmə dövrünün övladlar üçün yenilikləri dərk etmə dövrü olmasına valideynlərin böyük imkanları var. Yeniyetmələr isə, öz növbəsində yeniyetmə problemlərinin başa düşülməsini, diqqət, canyananlıq, məsləhət istəyirlər. Beləliklə, böyüdüyünüzü hiss edib, müstəqillik göstərdikdə valideynlərlə münasibətiniz xeyli dəyişir. Sizə belə gələ bilər ki, valideynləriniz sizdən çox şey gözləyirlər, bəlkə istəyirlər ki, olduğunuz kimi olmayasınız. Bəlkə siz kiçik yaşlarınızda valideynlərinizin həyat tərzi kimi yaşamaq istəyirsiniz. Böyüdükcə sizi əhatə edən aləma tənqidi yanaşırsınız. Bu narazılıqlara səbəb ola bilər. Valideynlər övladlarının həyata baxışları ilə həmişə razılaşa bilmirlər. Çox valideynlər istəyirlər ki, övladları da onların həyat dəyərlərini saxlasınlar. Bununla belə əgər valideynlərinizlə sizi maraqlandıran sualları açıq müzakirə etsəniz arzuolunmayan konflikt və umu-küsüdən qaçarsınız. Ailə münasibətləri yaxşı olan yerdə cavanlar ailəni etibarlı, təhlükəsiz yer kimi qəbul edib, ailə ənənələrinə va qaydalarına riayət edirlər. Ailədə münasibətin pisləşməsində həmişə yeniyetmə günahkar olmur. Çox vaxt valideyn¬lər böyüyən övladlarında dəyişiklikləri görmürlər, yalnız zahiri tərəfini görürlər -kobudluq, inadkarlıq, pozğunluq. Onların hamısı başa düşmür ki, bunun arxasında nəyin bahasına olursa olsun özünü təsdiq, özünə hörmət və başqalarından geridə qalmamaq durur. Valideynlə övlad arasında ən çətin söhbət mövzusu, seksdir. Seks adını eşidəndə valideynlərdə qəzəb hissi oyanır, yaxud söhbəti dəyişirlər, ya da ki, heç adını çəkmirlər. Valideynlərlə münasibətiniz qarşılıqlı hörmət əsasında olmalıdır. Bu həmişə asan olmur, amma yadda saxlayın ki, valideynləriniz sizi sevir, həmişə kömək va yardım edərlər. O yeniyetmələr ki, möhkəm tellərlə bağlı, sabit dəyərli, yaxşı müdafıə sistemli ailədən çıxıblar, onlarda neqativ davranış halları müşahidə olunmur. Lakin, dağılmış, narahat, valideynləri içkiyə və narkotika məruz qalan, övladlarına küllü miqdarda pul verib onların təhlükəsi ilə maraqlanmayan ailələrin uşaqlarında neqativ davranış özünü kəskin büruzə verir. Həyat göstərir ki, burda da müstəsnalar var. Xalqımızın kökləri, milli ənənələri, mənəvi dəyərlərini unutmaq olmaz. Gətirilmiş mədəniyyət davranışının stereotipi nə qədər cazibədar görünsə də, ölkəmizdə əsrlər boyu yaranmış qadınla kişi arasında qarşılıqlı cinsi münasibətlər millətin sağlamlığında, xüsusən gənclərin reproduktiv sağlamlığında, özünü doğruldur. Yada salaq ki, birinci növbədə nigaha qədər cinsi əlaqənin olmaması, nəslin dava-mını təmin edən zəmanət institutu kimi ailəyə hörmət, sağlam nəslin tərbiyəsi va s. vacibdir. Sonuncu deyilənlərə təsdiq kimi peyğəmbərin hədislərindən "ən üzücü imtahan müvafiq vəsaitsiz çox uşağın olmasıdır". Aydındır ki, İslam hər doğulmuş uşağın arzuolunan, sağlam tərbiyələnən və lazımi olduğu qədər firavan olmasını təsdiqləyir.