"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Liderlik Liderlik ================================================================================ admin on 10 November, 2009 Lider olmaq bacarığı bir başa insanın təşkilatçılıq və kommunikativ xüsusiyyətlərinin inkişafından asılıdır. Lider bacarıqları ailə, məktəb, cəmiyyətdə yaranan problemlərin öhdəsindən gəlməyə kömək edir. Əsl lider hansı xüsusiyyətlərə malik olmalıdır? Onlar aşağıdakılardır: * İradə; * Məqsədə nail olmaq üçün çətinliklərin aradan götürmək bacarığı; * İnad; * Düşünərək risk etmək; * Dözümlülük; * Maraqsız, darıxdıdıcı işi yaxşı və uzun müddət etmək hazırlığı; * Təşəbbüskarlıq; * Sərbəstlik; * Psixi sabitlik və s.. Lideri həyata qeyri-real təkliflərlə maraqlandırmaq mümkün olmur. Lider yeni şərait və tələblərə yaxşı uyğunlaşır. O düşüncə ilə uğur və uğursuzluqlarını qiymətləndirir, özünə tənqidi yanaşır, özünə və başqalarına qarşı çox tələbkardır, tapşırılan işin hesabatını tələb edə bilir. Lider cəlbedici təkliflərdə zəif tərəfləri görməyə qadirdir. O sözünün üstündə durandır, ona güvənmək, etibar etmək olar. Lider möhkəm və dözümlüdür, gərginlik şəraitində işləyə bilir, yeniliyi tez götürür, qeyri-adi məsələləri orijinal üsullarla həll etməyə qadirdir. Lider stressə davamlıdır, ekstremal vəziyyətlərdə səbir, soyuqqanlıq və iş qabiliyyətini itirmir. Lider nikbindir, çətinliklərə qaçılmaz, lakin həll olunan maneələr kimi yanaşır. O qətiyyətli və cəsarətlidir, qərarları vaxtı-vaxtında və müstəqil surətdə qəbul edə bilir. Kritik vəziyyətlərdə məsuliyyəti öz üzərinə götürməyi, şəraitdən asılı olaraq davranış üslubunu dəyişməyi, lazım gəldikdə tələb etməyi və ya ürəkləndirməyi bacarır. İnsan liderlik bacarığı ilə doğulmur, bu bacarıq həyat boyu formalaşır. Lider olmaq bacarığını praktiki olaraq hər bir insan özündə formalaşdıra bilər. İlkin mərhələlərdə lider potensialını inkişaf etdirən bir neçə praktiki məşğələlər var: * Hər gün məğlubiyyətlərini yox, uğurlarını qeydə al. Axşam yatmadan qabaq bu gün ərzində baş tutan 3 (3-5) uğurlu məsələlərin siyahısını tərtib et; * Nöqsan və yaxşı cəhətlərin haqqında fikirlərə diqqətlə qulaq as və onları qeydə al. Səni qəlbən sevən və kömək etmək istəyən bir neçə dost və tanışı siyahıya al. Sonra onlardan nə üçün sənə kömək etdikləri və səni cazıbəli saydıqları haqda fikirlərini boş kasetdə (diktofonda) və ya kağızda qeyd etməklərini xahiş et. Onlardan qeyd edəcəkləri yaxşı və pis cəhətlərin təxmini eyni olmasını xahiş et. Bundan sonra həmin kasetə qulaq as və ya kağızları nəzərdən keçir. Qorxu və utancaqlıqdan sıxılmadan, özündə güc tapıb kaseti əvvəldən axıra kimi qulaq asan anda daxili sıxıntıdan qurtarmaq üçün böyük addım atmış olacaqsan; * Gündə risk et. Bu o, deməkdir ki, bu günə kimi həyətda sınanmamış, naməlum qalanlara girişmək lazımdır, yəni əgər bu günə kimi rəqs etməyi bacarmırdınsa, o zaman onu öyrənmək lazımdır və s. İnsanlar qarşısında nitq söyləmə, çıxış etmə olduqca qiymətsiz və əhəmiyyətli sayılır, çünki onlar səni həmişəkindən daha güclü emosiyaların keçirilməsinə vadar edir. Dövlət başçısı, fabrik direktoru və ya idman komandasının rəhbəri olduğundan asılı olmayaraq, liderin əsas xüsusiyyətlərindən biri onun böyük insan kütləsinə öz fikrini asan və dəqiq çatdırmaq bacarığıdır; * Fəal ol və məsələlərin həllini öz üzərinə götür. Məsələləri həll etmək və üzərinə məsuliyyəti götürmək üçün hər əlverişli imkandan istifadə etməyin vacibdir; * Öz səhvlərini boynuna almağı öyrən və qəbul etdiyin qərarlara görə məsuliyyəti öz üzərinə götür. Lider məsuliyyətlilik hissini inkişaf etdirmək üçün belə bir üsul var: qələm və bloknot götürüb aşağıda verilən fikirlərə uyğun öz siyahını tut. Bu cümləni tamamla: “Mən...üçün məsuliyyət daşıyıram”. Üç nöqtənin əvəzinə ağlına gələn və bəzən ağılsız hesab etdiyin sözləri yaza bilərsən. Təxmini 10 dənə belə bir cümlələrdən siyahı tərtib et. Bu yaxşı üsuldur, və o zəruri təsirini göstərəcək; * “Yox” deməyi və öz sözündə dayanmağı bacar. Buna dost və ya qohumların köməyilə nail olmaq olar. Dost istəmədiyin bir şeyi etməyi səndən xahiş və ya tələb edən insanın rolunu ifa etməlidir. Məsələn, o sənin mobil telefonunu bir neçə günlük ona verməsini xahiş edir. Qoy o, ona qarşı göstərilən nəzakətsizliyə və sənin eqoistliyinə istinad edərək səndə günah hissini oyatmağa çalışsın. Nə qədər bu sənə çətin gəlsə də, məqsədin dostuna “yox” çavabını verməkdir. Bu məşğələni vicdan əzabı çəkmədən və xahiş edənlə münasibətləri pozmadan rədd cavabını vermək qadir olacaq vəziyyətə çatana kimi davam et. Məşğələnin ikinci hissəsi istədiyini əldə etmək, ona nail olmaqdan çəkilməmək qabiliyyətini özündə tərbiyə etməkdən ibarətdir. Qoy sənin dostun, məsələn, dükanda öz işindən boyun qaçıran vicdansız satıcının rolunu ifa etsin. Sən isə öz haqqlarını müdafiə edə bilən insana çevrilməlisən. Sənin məqsədin satıcıdan vəzifəsi ilə təyin edilmiş bütün iş həcmini yerinə yetirməsini tələb etmək və hər şey qaydaya düşənə kimi geriyə çəkilməmək. Buna şikayət və təhqirə əl atmadan və öz cazibəliyindən istifadə etmədən nail olmalısan; * Onlar sənə o dərəcədə cəzbedici görsənməsə də, sənin sərəncamında olan alternativlərin siyahısını tut. Bu məşğələ səni seçim etməyi öyrətməsinə yönəldilib. Konkret vəziyyətdə sərəncamında olan alternativlər siyahısının tərtib edilməsi praktikasının mənimsənilməsi olduqca vacibdir; * Məqsədinə çatmaqda sənə mane olanların siyahısını tutduqdan sonra onu yandır. Bunun üçün bloknotda lider mövqeyinə nail olmaqda qoyduğun yaxın məqsədlərdən birini yaz. Sonra, sənin fikrincə məqsədinə çatmaqda mane olan səbəblərin hamısını elə buradaca sadala. Arqumentlər, dəlillər olana kimi səbəblər siyahısını davam etdir. Sonra yenidən nail olmaq istədiyin fikri birdə təkrarla. Artıq deməyə sözün qalmadığını hiss etdikdə, vərəqi yandır; * İnamlığı və qətiliyi özündə inkişaf etdir. Əgər adətən beli bükülmüş, başını aşağı salmış, ayaqları süründürərək yeriyirsənsə və nadir hallarda yuxarı və ətrafa baxırsansa, sən heç vaxt lider ola bilməyəcəksən. Buna görə də düz qamət, açılmış kürək və döş qəfəsi, öz-özlüyündə insanın öz gücünə inamını artırmağa qadirdir. Əgər sən yazıq sifətlə və ya səsini əsdirərək danışıb nəyi isə xahiş edirsən, rədd cavab almaq halını doğurdursan. Psixoloq Erik Bern bunu “Məni vurmayın” yazısı olan futbolkanı daşımaq adlandırır. Yoxlamaq üçün, səsini diktofona yazıb, qulaq asdıqda onun temb, ton və səslənməsinin təsirini öyrənə bilərsən. Bir neçə həftəni bu tapşırıqların məşq etdirilməsinə həsr et. Ola bilsin ki, bəzi tapşırıqlar daha çox, digərləri isə bir qədər az xoşuna gəlsin. Əsası həmin məşğələlərin vicdanla və müntəzəm halda həyata keçirilməsidir. Əgər sən hərdənbir məşğul olsan, işə məsuliyyətsiz yanaşsan məşğələlər heç bir nəticə verməyəcək. Ancaq bir neçə həftə davam edən gündəlik məşqlərdən sonra mütləq nəticəni hiss edəcəksən. Sənə müvəffəqiyyətlər!