Küçə uşaqları haqqında faktlar
1. Küçədə işləyən uşaqların əksər hissəsi ilə ünsiyyət yaratmaq mümkündür. Onlar özləri haqqında məlumatları bölüşürlər, lakin bunun üçün onlarla bir müddət söhbət etmək lazımdır. Orta hesabla bir uşaqla ünsiyyət yaratmaq üçün 15-25 dəqiqə vaxt tələb edilir. Uşaqlarla ünsiyyət yaratmağa maneə olan əsas səbəb digər böyüklərin müdaxiləsidir.
2. Uşaqların təhsil səviyyəsi aşağıdır. Onlar hətta danışmaq üçün söz tapmırlar, hər hansı bir hadisəni izah etməyə çətinlik çəkirlər.
3. Uşaqlar sözləri hərif-hərif və ya hecalarla oxuyur. Bəziləri hesaba bir qədər diqqət verir (alqı-satqı ilə məşğul olanlar), çox pis yazırlar. Onların təhsil səviyyəsinin korreksiyası mövcud ibtidai məktəb dərslikləri qaneedici deyil.
4. Küçədə işləyən uşaqların bir qismi məktəbdə oxuyur, lakin bir sıra səbələrdən təhsilə maraq göstərmir.
5. Baxımsız uşaqlar onlar üçün yaradılan mərkəzə maraq göstərir, həmin mərkəzlərə heç bir əlavə tədbirlər görülmədən gəlmək meyilləri göstərirlər. Onlarda xüsusi ilə idmana, rəsm və digər yaradıcı məşğələlərə maraq var.
6. Uşaqların küçələrə düşməsinin əsas səbəbi bir çox hallarda ailənin maddi vəziyyəti olsa da, daha çox ailənin psixososial vəziyyəti və məktəbin (cəmiyyətin) diqqətsizliyi və nəzarətinin zəifləməsidir.
7. Küçədə işləyən uşaqlar oraya çox vaxt valideynləri (böyüklər) tərəfindən göndərilir və yaxud onlar etiraz etmir. Orta hesabla işləyən uşaq 2-10 manat qazanmaq imkanı var.
8. Küçədə işləyən və yaşayan uşaqlar öz üzərlərinə köməkçi, bələdçi rolunu məmnuniyyətlə götürür, digər uşaqlarla əlaqə yaratmaq üçün kömək edir. Lakin onlar bunu polis əməkdaşları və jurnalistlər üçün etməkdən boyun qaçırır.
9. Uşaqlar interaktiv əlaqələrin yaradılmasına maraq göstərir. Onlara əlaqə üçün verilən telefon nömrələri və ünvanlardan istifadə edir.
10. Uşaqların psixososial yardıma ehtiyacları var. Onların böyük hissəsi öz problemlərinin həlli üçün hər hansı bir təşkilat, qurum, fərdə müraciət etmək istərdilər.
11. Uşaq hüquqları haqqında biliklərə malik deyillər və özlərinə kömək etmək üçün real yolları təsəvvür etmirlər, daha çox xəyali planlar çəkirlər.
12. Baxımsız uşaqlarla küçə şəraitində aparılan işlərin təcrübədən keçirilib və tövsiyə kimi hazırlana bilər.
13. Uşaqlara şəxsi gigiyena, özünü müdafiə, hər hansı istismara məruz qalmamaq üçün əsas biliklər, pis vərdişlərin nəticələri və sair bu kimi vacib mövzuların aşılanmasına ehtiyac var.
Küçə uşaqları problemlərinin yaranma səbələri
“ Küçə uşaqları” probleminin yaranmasının əsas səbəbləri ailələrin iqtisadi və sosial vəziyyətlərinin pisləşməsi olur. Işsizlik və gəlirlərin azalması ailələri əlavə gəlir mənbələrin axtarmasına vadar edir. Bu problemlər bütün ölkələrdə təxminən eyni qaydada baş verir. Lakin Azərbaycanda uşaqların küçələrə çıxmasına əsas təsiri ölkəyə qarşı Ermənistan tərəfindən aparılan elan edilməmiş müharibə göstərdi. Obyektiv səbəblərdən biri ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünlər ordusunun (onlardan təxminən 280 min nəfəri uşaq və yeniyetmələr idi) olmasıdır.
Beləliklə, bu problemin yaranması obyektiv ictimai və sosial iqtisadi amillərlə bağlıdır:
• Hərbi konflikt nəticəsində zərər çəkənlər (valideynlərini itirmiş yaxud qaçqın və köçkün ailələrdən olan uşaqlar);
• Miqrasiya proseslərinin kəskin artması;
• Sosial iqtisadi problemlər;
• Natamam,tək analardan,yeniyetmə analardan ibarət ailələrin olması
Bu səbəblər obyektiv olaraq kimsəsiz və baxımsız uşaqların sayının artmasına gətirib çıxarır. Bununla yanaşı aşağıda qeyd olunan mədəni və mənəvi-psixoloji amillər də bu sahəyə öz təsirini göstərir:
• Bazar iqtisadiyyatına keçid, yüksək işsizlik ailələrdə uşaqların öz təhsilini davam etdirməsinə maraqları azaldıb.Bir kateqoriya valideynlər bu və ya digər səbəblərdən uşaqlarının məktəb əvəzinə küçədə işləməsinə üstünlük verməyə meyillidirlər;
• Aşağı yaşayış səviyyəsi ona gətirir ki,artıq “savadsızlıq” ictimai rəy tərəfindən mənfi qiymətləndirilmir,savadsızlıq adiləşir.
“Küçə uşaqları”nın sayının müəyyənləşdirilməsi
Küçədə uşaqların sayını göstərən rəqəmlər daim dəyişkəndir-mövsümdən,polis reydlərindən və s. asılıdır. Ümumiyyətlə,dünya praktikasında bu rəqəmin etibarlı müəyyənləşdirilməsi metodikası yoxdur.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







