"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Beynəlxalq yeniyetmə məhkəmə sistemi standartları Beynəlxalq yeniyetmə məhkəmə sistemi standartları ================================================================================ admin on 10 November, 2009 Azərbaycan Uşaq Hüquları haqqında BMT Konvensiyasını 12 sentyabr 1992-ci il tarixdə ratifikasiya etmişdir. Azərbaycan eyni zamanda BMTUHK-ın Uşaqların Silahlı Münaqişələrdə İştirakı və Uşaq Alveri və Uşaq Fahişəliyi və Uşaq Pornoqrafiyası üzrə Könüllü Protokolu qəbul etmişdir. Mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar üzrə beynəlxalq razılaşmaları, Qadınlara Qarşı Diskriminasiyanın Aradan Qaldırılmasına Dair Konvensiyanı, Bütün Növ İrqi Diskriminasiyalara Qarşı Konvensiyanı, İşgəncələrə və İnsanlara Qarşı Digər Qeyri İnsani və Alçaldıcı Münasibət və Cəzaya Qarşı Konvensiyanı, Miqrant İşçilər və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunmasına Dair Beynəlxalq Konvensiyanı ratifikasiya etmişdir. Uşaq Hüquqları haqqında BMT Konvensiyasına əlavə olaraq Azərbaycan uşaqlara dair bir sıra digər müqavilələr və sazişlərin tərəfdarıdır. Belə ki, Azərbaycan BƏT Minimum Yaş Konvensiyası (No. 138), BƏT Uşaq Əməyinin Ən Pis Formalarına Dair Konvensiya (No. 182), Uşaqların Qorunmasına və Ölkələrarası Uşaqların Övladlığa Götürülməsinə Dair Əməkdaşlıq Üzrə Haaqa Konvensiyası ratifikasiya edilmiş konvensiyalar sırasındadır. 2001-ci ildən etibarən Avropa Şurasına üzv ölkə kimi Azərbaycan İnsan Hüquqları və Fundamental Azadlıqlarına dair Avropa Konvensiyasını, İşgəncələrə və Qeyri-İnsani və ya Alçaldıcı Münasibətinin və ya Cəzaların Qarşısının Alınmasına dair Avropa Konvensiyasını, Milli Azlıqların Qorunmasına dair Çərçivə Konvensiyası ilə yanaşı Avropa Sosial Xartiyasını da ratifikasiya etmişdir Digər keçmiş sovet respublikalarında olduğu kimi Azərbaycanda da beynəlxalq razılaşmaların müddəaları arasında milli qanunvericiliyin müddəaları ilə uyğunsuzluq baş verdiyi halda beynalxalq razılaşmaların müddəaları üstünlük təşkil edirlər