Azərbaycan cinayət məhkəmə sistemində uşaqlar: məsuliyyətə cəlb olunmaq üçün yaş həddi

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Azərbaycan Cinayət Məcəlləsi Azərbaycanda cinayət mühakimə sistemini tənzimləyən əsas qanunvericilikdir. Cinayət Məcəlləsinə əlavə olaraq Cinayət Prosessual Məcəlləsi cinayət törətmədə ittiham olunan şəxsin prosessual hüquqlarının təminatını tənzimləyir. Azərbaycanda tam cinayət məsuliyyəti üşün yaş həddi 16 yaşdır. Lakin cinayət zamanı 14 yaşı olan bir şəxsin törətdiyi cinayətin Cinayət Məcəlləsinin 20(2)-ci maddəsinə uyğun gələn zaman o şəxs cinayət məsuliyyəti daşıyır. Buraya qəsdən adam öldürmə, bilərəkdən səhhətə ağır və ya nisbətən ağır zərərin yetirilməsi, insan oğurluğu, zorlama, seksual xarakterli zorakılıq, oğurluq, soyğunçuluq, zorakılıq, oğurluq məqsədi olmadan maşın və ya digər nəqliyyat vasitəsini qanunsuz zəbt etmək, ağırlaşdırıcı hallarda mülkiyyətin bilərəkdən məhv edilməsi və ya ona ziyan yetirilməsi, odlu silahların, döyüş sürsatlarının, partlayıcı maddələrin oğurlanması və zorakılıqla ələ keçirilməsi, narkotik və psixotropik maddələrin oğurlanması və zorakılıqla ələ keçirilməsi aiddir. Maddə 20 (2) çərçivəsinə daxil edilmiş cinayətlərin əhatəsi və xüsusən də oğurluq (uşaqların əksəriyyətinin ittiham edildiyi maddələr) və bilərəkdən səhhətə ağır və ya nisbətən ağır zərərin yetirilməsi kimi cinayət törətmiş 14-15 yaşlı uşaqlar cinayət məsuliyyəti daşıyırlar və törətdiyi əmələ görə yetkinlik yaşına çatmış şəxslər ilə bərabər cinayət mühakimə sisteminin subyekti olurlar.

14-18 yaş arası bütün uşaqlar həm Cinayət Məcəlləsinə, həm də Cinayət Prossesual Məcəlləsinə əsasən yetkinlik yaşına çatmamış şəxslər kimi qəbul olunurlar. 14 və 16 yaş arasında olan uşaqlar 20 (2) maddəsi çərçivəsində əhatə edilməmiş cinayət törətmişlərsə, onlarla cinayət məhkəmələrinin yerinə Yetkinlik Yaşına Çatmayan Şəxslərin İşləri Üzrə Komissiya Məşğul olur.
Məktəbə getməmək, evdə və məktəbdə itaətsizlik də daxil olmaqla yalnız uşaqlar tərəfindən törədiləbiləcək status cinayətləri cinayət qanunvericiliyində öz əksini tapmamışdır.

Cinayət məsuliyyəti üçün yaş həddinin müəyyən edilməsi Uşaq Hüquqları üzrə BMT Konvensiyasının tələb etdiyi kimi “qanun pozuntusuna yol vermiş uşaqların məsuliyyət daşımadığı yaş çərçivəsinin müəyyən edilməsi”üzrə 40 (3a) saylı maddəsinə uyğundur. Baxmayaraq ki, Uşaq Hüquqları üzrə Komitə cinayət məsuliyyəti üçün yaş həddinin 18-ə bərabər olmasını təklif etmişdir, 14 yaş “emosianal, mental və intellektual kamilliyin nəzərə alındığı” halda cinayət məsuliyyətinin çox aşağı səviyyədə müəyyən edilməsinə qarşı olan Pekin Qaydalarına (qayda 4.1) müvafiqdir. Buna baxmayaraq, real olaraq Azərbaycanda cinayət məsuliyyəti üzrə yaş həddi daha aşağıdır. Belə ki, 14 yaşınadək cinayət tərkibli qanun pozuntusuna yol vermiş uşağa Yetkinlik Yaşına Çatmayan Şəxslərin İşlər üzrə Komissiyası tərəfindən sanksiya tətbiq edilə bilər. Narahatçılıq doğuran məsələdir ki, uşağın qanun pozuntusuna yol vermək iqtidarında  olmadığı yaş müddəti müəyyən edilməmişdir. 8 yaşı olan uşaq belə öz ailəsindən ayrıla bilər və xüsusi məktəbə göndərilə bilər.

14 yaşınadək uşaq cinayət məsuliyyəti daşımır. Eyni zamanda, Cinayət Məcəlləsinin Maddə 22 ilə əhatə edilməyən cinayət törətmiş 14-16 yaş arasında uşaq da cinayət məsuliyyəti daşımır. Lakin buna baxmayaraq onların məsələləri Yetkinlik Yaşına Çatmayan Şəxslərin İşləri üzrə Komissiyaya verilə bilər və uşaq qanunsuz əməlinə görə inzibati cəzalar və sanksiyaların subyekti ola bilər.

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az