Yeniyetmə məhkəmə sistemi alətləri

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Yeniyetmə məhkəmə sistemi üçün ən vacib alət BMT-nin yeniyetmə məhkəmə sistemi sahəsində Minimum Standartları və Normaları ilə dəstəklənən BMT Uşaq Hüquqları üzrə Konvensiyadır (xüsusilə 37,39 və 40-cı maddələr). Minimum standartlar BMT-nin yeniyetmə məhkəmə sisteminin İdarəedilməsi sahəsində Standart Minimum Qaydalar, BMT-nin Azadlıqdan Məhrum Olunmuş Yeniyetmələrin Müdafiəsi üzrə Qaydalar, Yeniyetmələr arasında Cınayətkarlığın Qarşısının Alınması Sahəsində BMT Bələdçisi və yeni qəbul olunmuş Cinayət mühakimə sistemində Uşaqlarla bağlı Vyana Təlimatlarından yaranmışdır. BMT-nin Minimum Standartlar və Normaları BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyanın maddələrini tamamlayır, genişləndirir və dəstəkləyir. Bələdçinin yumşaq qanun olmasına baxmayaraq, “birlikdə onlar geniş universal standartlar təşkil edir və dünya ictimaiyyəti tərəfindən həyata keçirilməsi faydalı olan təcrübələri müəyyənləşdirirlər”. Uşaq Hüquqları üzrə Komitə, BMT Konvensiyasının monitorinq orqanı, bu alətləri ölkələrin qanunları və təcrübələrinin qiymətləndirilməsi üçün Konvensiyaya əlavə olaraq istifadə edir.

BMTUHK-ın bir birinə bağlı olan 4 prinsipi var ki, onlar uşağın həyatında hər hansı digər sahədə olduğu kimi qanunla ziddiyətdə olan uşaqlarla da tətbiq olunur. Buraya əsasən uşağın maraqlarının nəzərə alınması (maddə 3), uşaqların diskriminasiyaya məruz qalmaması (maddə 2), yaşama və inkişaf etmə hüququ (maddə 6) və uşaqlara aid olan bütün qərarlara dair onların fikrini bildirməsi və onların fikirlərinin nəzərə alınması hüququ (maddə 12) aiddir.

BMTUHK-a görə yeniyetmə məhkəmə sisteminin icrası və inkişaf etdirilməsi zamanı uşaqların xüsusi ehtiyacları və həssaslıqları nəzərə alınmalıdır. Yeniyetmə məhkəmə sisteminin əsas məqsədi cinayətə görə cəzalandırma deyil, yeniyetmələrin reablitasiyası və yenidən inteqrasiyası olmalıdır.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az