1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş əlil uşaqlar üçün aksiya
“NUR” Uşaq və Gənclər İctimai Birliyi “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində əlil və sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasını təbliğ və təmin etmək məqsədilə mayın 23-də 8-15 yaşlı əlil uşaqlar üçün Bakı şəhərində ekskursiya təşkil etdi.
Əlil uşaqların ictimai tədbirlərə cəlb edilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam hissi yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Əlil uşaqların və sağlam uşaqların iştirak etdiyi birgə tədbirlər onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir. 18 nəfər uşağın iştirak etdiyi ekskursiya Dənizkənarı Parkdan başladı və ekskursiyanın proqramına gəzinti, atraksionlar, oyunlar, şəhərdə nahar və müxtəlif əyləncə tədbirlər daxil idi. Daha sonra gəzinti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdirildi. Günün sonunda “NUR” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən uşaqlara hədiyyələr təqdim olundu.
“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılmışdır. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







