Azərbaycan Uşaqlarının I Forumu

Şrift ölçüsü: Decrease font Enlarge font
image

16-19 dekabr 2009-cu il Bakı şəhəri, "Landmark" hoteli və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il “Uşaq ili” elan edilmişdir.

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu və "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə 56 şəhər/rayondan 250 nəfər uşaq nümayəndənin iştirakı ilə Azərbaycan Uşaqlarının I Forumu keçirilmişdir. Uşaqların iştirakı ilə hələ ölkəmizdə belə səviyyədə tədbir keçirilmədiyindən Forum geniş ictimaiyyətin diqqətini uşaqların mövcudluğuna cəlb etmişdir.  

Forumun təşkilatçıları:

  • Azərbaycan Hökuməti
  • Heydər Əliyev Fondu
  • "NUR" Uşaq və Gənclərin İctimai Birliyi
  • Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 

Foruma 56 şəhər rayondan 250 nəfər uşaq nümayəndə seçilmişdir. Forumda xüsusi qayğıya ehtiyacı olan – sağlamlıq imkanları məhdud olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, küçə uşaqları, hemofiliya, diabet kimi xəstəliklərdən əziyyət çəkən uşaqlar, qaçqın və məcburi köçkün uşaqların da iştirakı təmin edilmişdir. Bütün uşaqlar valideynlərinin və ya qanuni qəyyumlarının yazılı razılıqları ilə iştirak edirdilər. Regionlardan gələn iştirakçıların Bakıya gəlişini və qayıtmasını bir böyük müşayət edirdi. Forum iştirakçıları aşağıdakı şəhər və rayonları təmsil edirdilər: Abşeron, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Bakı, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Dəvəçi, Şirvan, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qusar, Qubadlı, Quba, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sumqayıt, Samux, Salyan, Siyəzən, Sabirabad, Şamaxı, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala, Zərdab, Zəngilan, Yardımlı, Yevlax.  

16 dekabr 2009-cu il tarixdə Forum iştirakçıları Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək, əklil və tər güllər qoymuşlar. Daha sonra uşaqlar Şəhidlər Xiyabanını ziyarət edərək, əbədi məşəl kompleksinə əklil qoymuş, şəhidlərimizi və Xocalı qurbanları olmuş kiçik yaşlı uşaqları da yad etmişlər.  

17 dekabr 2009-cu il tarixdə Forum "Landmark" hotelinin rotunda zalında keçirilmişdir. Forumun açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Heydər Əliyev Fondunun nümayəndəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxudu. Daha sonra çıxış üçün söz Azərbaycan Respublikası Baş Nazirinin müavini Elçin Əfəndiyevə verildi. Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova, "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova çıxış etdilər. Daha sonra Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları adından Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya "Qayğıkeş ürək" mükafatının təqdimatı oldu. Mükafatın təqdimatından sonra Bülbül adına orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında "Qarabağ Şikəstəsi" dinlənildi.  

Açılış mərasimindən sonra Forum iştirakçılarının qrup fotosu çəkildi. Daha sonra Forumun "Tarix" panosu yaradıldı.  

Nahardan sonra Forum işini İşçi qruplarında davam etdirdi. İşçi qruplarının həm moderatoru, həm də məruzəçiləri uşaqların özü idi. Hər bir mövzuya müvafiq olaraq ekspert İşçi Qrupunun işində iştirak edirdi:

  • I İşçi Qrupu: "Uşaqların Müdafiəsi və Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar". Ekspert: Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini və Azərbaycan Resublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri
  • II İşçi Qrupu: Uşaqların Təhsili, Ekspert: Ağababa İbrahimov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri
  • III İşçi Qrupu: Uşaqların asudə vaxtının təşkili və Idman, Ekspert: Nərmin Bağırova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri
  • IV İşçi Qrupu: Uşaqların iştirakı və təşkilatları, Ekspert: Fuad Muradov, millət vəkili    
  • V İşçi Qrupu: Sağlam Həyat Tərzi və ekologiya, Ekspert: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Sevinc Muradova, "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədri
  • VI İşçi Qrupu: Uşaqlar və Informasiya Kommunikasiya Texnologiyaları, ekspert: Elmir Vəlizadə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini 
  • VII İşçi Qrupu: Uşaqlar və vətənpərvərlik, Ekspert: Azərbaycan Respublikası Nazirlər Kabinetinin sektor müdiri
  • VIII İşçi Qrupu: Uşaqlar və milli mənəvi mədəni dəyərlər, Ekspert: Yaşar Əliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri

Günün sonunda İşçi Qruplarının nəticələri Plenar Sessiyada təqdim olundu. Daha sonra Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsi müzakirə edildi. Əlavə və dəyişikliklərlə bəyənnamə qəbul edildi. 

18 dekabr 2009-cu il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Forumun Bağlanış mərasimi keçirildi. Bağlanış mərasimini aparıcısı Nəsib Nur, rejissoru isə Gülçöhrə Şəfiyeva idi. Bağlanış Mərasimi 1 saylı uşaq evinin sakinləri tərəfindən Uşaq Hüquqlarına həsr olunan səhnəcik ilə başladı. Sonra Forum iştirakçısı Fidan Məmmədova tərəfindən Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsi, Ənvərpaşa Nəbiyev tərəfindən Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciəti oxundu. Daha sonra "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev çıxış etdilər. Tədbir konsert proqramı ilə davam etdirildi:

  • Nizami rayonu Uşaq Yaradıcılıq Mərkəzi
  • "Cücələrim" Rəqs Ansamblı
  • 1 saylı uşaq evinin "Azəri" Rəqs Ansamblı
  • 2 saylı uşaq evinin Rəqs Qrupu
  • 3 saylı uşaq evinin Rəqs Qrupu
  • Nəsimi rayon Uşaq Yaradıcılıq Mərkəzi
  • Məhəmməd – saz musiqi alətində ifa
  • Elməddin İbrahimov – Muğam müsabiqəsinin qalibi
  • "Canbala" Vokal qrupu + "Noğullar" Kiçik qrupu
  • Rəşad İlyasov
  • Lalə Məmmədova + "Çiçəyim Teatrı" Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzi
  • "Aypara" Vokal Trio
  • Təranə
  • Ayaz Qasımov
  • Manana
  • Ədalət Şükürov
  • Tünzalə Ağayeva + Uşaq xoru  

Azərbaycan Uşaqlarının I Forumu ölkəmizdə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqların mövcudluğuna cəlb etmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2009-cu ilin Uşaq İli elan olunmasının vacibliyini və əhəmiyyətini vurğulamış, Uşaqların Mövcudluğu, Müdafiəsi və İnkişafına dair qazanılan ən yaxşı təcrübələri, qarşıya çıxan maneələri, mövcud problemləri və zəruri tədbirləri nəzərdən keçirtdi.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az