HİV/AİDS Maarifləndirməsi mövzusunda təlim

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“Uşaqların Göy Qurşağı: HİV/AİDS maarifləndirməsi Paytaxtdan Regionlara” layihəsi

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunmuş müddəaların və təkliflərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları qərara almışdılar ki,  uşaqlar sağlamlıqları ilə əlaqədar üzləşə biləcəkləri təhlükənin azaldılması üçün dəqiq informasiya və xidmətlər ilə təmin edilməli, həyati bacarıqlara yiyələnməli, HİV/AİDS-lə bağlı məlumat alma imkanına malik olmalı və uşaqların yaşaması üçün təhlükəsiz və qayğıkeş mühit yaradılmalıdır.  

Bu istiqamət üzrə "NUR" UGİB, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində Bakı şəhərində HİV/AİDS Maarifləndirməsi mövzusunda 24 aprel 2010-cu il tarixdə “Buta” Gənclərə Dostluq Sağlamlıq Mərkəzində təlim təşkil etdi. Təlimin keçirilməsində başlıca məqsəd gənclər arasında Sağlam Həyat Tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaq idi.

Təlimdə 14-18 yaşlı 30 iştirak edirdi. Açılış mərasimində "NUR" UGİB sədri Sevinc Muradova, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibinin müavini Həsən Seyidov, Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyasının əlaqələndiricisi Ayan Bəşirzadə çıxış etdilər. Təlim Azərbaycan Gənclər İttifaqının nümayəndəsi Nigar Zeynalova tərəfindən idarə olunurdu. Təlimin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olundular.

“NUR” UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə “STAYING ALIVE AWARD” mükafatı ilə təltif olunmuşdur. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcəkdir.  

BMT-nin Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasının Yekun sənədində 15-24 yaşlı gənclərin ən azı 95%-ni həmyaşıddan-həmyaşıda təhsil, HİV/AİDS, HİV infeksiyasına qarşı həssaslığı azaltmaq üçün yaşam bacarıqlarına dair informasiya ilə təmin etmək məqsəd olaraq təsbit olunmuşdur.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az