San Marino-UNICEF-in Mükafatına Azərbaycandan “NUR” Uşaq və Gənclərin İctimai Birliyi layiq görüldü

Şrift ölçüsü: Decrease font Enlarge font
image Uşaq Hüquqları Şənbə Məktəbi 2008

UNICEF təşkilatı uşaqlar üçün yararlı dünyanın yaradılmasına öz uğurlu və dəyərli töhfəsini vermiş 3 uşaq təşkilatlarının 25 fevral tarixində Aleksandr Bodini Xeyriyyə Fondunun uşaqlar üçün nəzərdə tutulan  mükafatlar ilə təltif edilməsi mərasimini dəstəkləyir.

San Marino-Aleksandr Bodini Fondunun Uşaq Mükafatlarının alıcıları sırasına bu il Azərbaycandan olan “NUR” Uşaq və Gənclər İctimai Birliyi də daxildir. Digər iki finalçılar Hondurasdan “Uşaq və Gənclər arasında Ünsiyyət Şəbəkə”si və Keniyadan “Nayrobi Gənclər üçün Məşvərətçi Xidmətləri Mərkəzi”dir.

Sosial yönümlü birlik olan “NUR” təşkilatı 1999-cu ildə uşaqların öz təşəbbüsü ilə ümumi maraq, könüllü fəaliyyət və üzvlərinin bərabər hüquqlu olması prinsipləri əsasında yaradılmışdır. “NUR” təşkilatı öz fəaliyyətini Uşaq Hüquqları Konvensiyasına müvafiq olaraq təşkil edir.

 2009-cu il San-Marino Aleksandr Bodini Xeyriyyə Fondunun Uşaq Mükafatları hər bir finalçı üçün nəzərdə tutulan  20,000 ABŞ dolları məbləğində mükafatdan ibarət olacaq. Mükafat fevral ayının 25-də Nyu-York şəhərində San-Marino Hökumətinin Dövlət Katibi və UNICEF-in İcraçı Direktorunun iştirakı ilə təşkil ediləcək mərasimdə təqdim ediləcəkdir. San-Marino Aleksandr Bodini Fondunun Səfiri “NUR” üçün nəzərdə tutulmuş mükafatı Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Cənab Aqşin Mehdiyevə təqdim edəcəkdir.

Mükafata layiq görülən təşkilatların seçildiyi ölkələrdə fəaliyyət göstərən UNICEF-in 3 nümayəndəliyinin hər biri uşaqların iştirakının və vətəndaş cəmiyyətlərinin cəlb olunmasının təşviq edilməsindəki səylərinə görə Aleksandr Bodini Xeyriyyə Fondu tərəfindən 10,000 ABŞ dolları məbləğində mükafat ilə təltif olunacaqlar.

Mükafat təyin edilərkən əsas diqqət icma-əsaslı proqramlarda uşaq hüquqlarının gücləndirilməsi və  müdafiəsinə töhfə verən gənclərin fəal iştirakına yetirilir. Mükafat uşaq hüquqlarının təbliğində uşaqların uğurlu töhfələrini və fədakarlıqlarını qiymətləndirir. Seçilmiş Uşaq Təşkilatlarına bu mükafatı verməklə Aleksandr Bodini Xeyriyyə Fondu onları dünyadakı digər uşaq və gənclər üçün nümunəvi  insanlar qismində  yetişdirməyi nəzərdə tutur.

Bu mükafatın dəstəklənməsi UNICEF tərəfindən uşaqların və gənclərin dəyərli və effektiv iştirakın təmin edilməsinə verdikləri töhfələrin və onların dəyişikliyi şərtləndirən əsas qüvvələr kimi tanınmasınının digər bir ifadəsidir.

UNICEF-in Azərbaycan Nümayəndəliyinin Rəhbəri Mark Herevard bildirmişdir: “Bu il mükafata layiq görülmüş digər təşkilatlar kimi “NUR” qurumu da öz fəaliyyətində diqqətini uşaq hüquqlarının təbliği istiqamətində işləyən uşaq və gənclərə yönəltmişdir və bu yanaşma digər QHT-lər üçün bir nümunədir”. “Biz Azərbaycandakı bu fəaliyyətin bütün dünya ictimaiyyəti tərəfindən tanınmasından çox şadıq və bunu yolumuzu əzmlə davam etmək üçün böyük bir stimul kimi dəyərləndiririk”.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az