"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: "NUR" UGİB üzvü mükafatlandırılıb "NUR" UGİB üzvü mükafatlandırılıb ================================================================================ admin on 30 December, 2009 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq ili”ndə uğurları ilə seçilən uşaqları mükafatlandırıb [ 30 Dekabr 2009 12:03 ] Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2009-cu il “Uşaq ili”ndə uğurları ilə seçilən uşaqlar mükafatlandırılıb. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində şıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, “Uşaq ili” çərçivəsində həyata keçirilən layihələr təkcə bu il yox, qarşıdan gələn digər illərdə də uşaqlara xidmət edəcək: “Komitə yalnız problemli uşaqlarla bağlı layihələr həyata keçirmir. Azərbaycanda həddən artıq istedadlı uşaqlar var. İstəyirik həmin uşaqların isdedadlarını daha da inkişaf etdirək və ictimaiyyətə tanıtdıraq. “Uşaq ili” başa çatsa da, komitə bu istiqamətdə işini daha da gücləndirəcək”. H. Hüseynovanın sözlərinə görə, isdedadlı uşaqların mükafatlandırılması ənənəyə çevriləcək və gələcəkdə komitə tərəfindən daha çox uşaq mükafatlara layiq görüləcək. http://az.apa.az/news.php?id=173394 *** Mükafata layiq görülən 10 uşaqdan biri "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin üzvü Nazimət Bağırova və digəri isə Azərbaycan Uşaqlarının I Forumunu nümayəndəsi Altun Rəcəblidir. TƏBRİKLƏR!!!