"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır ================================================================================ admin on 11 March, 2011 11.03.2011 “Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır”. Bu barədə “Nur” Uşaq və Gənclər İctimai Birliyinin 9 yaşlı Farizin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq yaydığı bəyanatda deyilib. Qhtxeber.az-ın məlumatına əsasən, bəyanatda bildirilib ki, bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun öldürülməsi Azərbaycan ictimaiyyətində güclü etirazlara səbəb olub. QHT vurğulayıb ki, Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaq dünya üçün bir çağırışdır: “Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur. Dünya birliyi Erməni təcavüzünə son qoyulmasına dəstək göstərməlidir”. Qeyd edək ki, ingilis dilində hazırlanan bəyanat Azərbaycanda akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatlara, beynəlxalq uşaq təşkilatlarına və sosial şəbəkələrə göndərilib. http://www.qhtxeber.az/news/a-8080.html