"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Qafqazinfo.az::: “Nur” bəyanat yaydı Qafqazinfo.az::: “Nur” bəyanat yaydı ================================================================================ admin on 11 March, 2011 11.03.2011Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun öldürülməsi Azərbaycan ictimaiyyətində güclü etirazlara səbəb olub. “NUR” Uşaq və Gənclər İctimai birliyi 9 yaşlı Farizin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq bəyanat yayıb. Birliyin “Qafqazinfo”ya verdiyi xəbərə görə, bəyanatda deyilir: “Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaq dünya üçün bir çağırışdır. Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur. Dünya birliyi Erməni təcavüzünə son qoyulmasına dəstək göstərməlidir”. Qeyd edək ki, ingilis dilində hazırlanan bəyanat Azərbaycanda akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatlara, beynəlxalq uşaq təşkilatlarına və sosial şəbəkələrə göndərilib. Jalə Məmmədli http://qafqazinfo.az/%E2%80%9CNUR%E2%80%9D_B%C6%8FYANAT_YAYDI-7767-xeber.html