"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır

Şrift ölçüsü: Decrease font Enlarge font

“Hər bir uşağın hüququ var!” adlı milli kampaniyanın növbəti tədbiri olaraq “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində iyulun 13-də “Uşaq Hüquqları” Yay Məktəbinin açılış mərasimi keçiriləcək.  

“Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsinin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır.  

“Uşaq Hüquqları” Yay Məktəbi AF Hotel AQUAPARK Novxanıda keçiriləcək. Yay Məktəbində 18 yaşınadək 40 nəfər qaçqın və məcburi köçkün uşaqlar iştirak edəcək. Yay Məktəbinin dinləyiciləri fəal təlim metodları vasitəsilə uşaq hüquqlarına dair biliklərini artırmaqla yanaşı, uşaq hüquqlarına dair fərdi yanaşmaları və fikirlərini müzakirə edəcək, özlərinin qrup işi, ünsiyyət, düzgün qərarın qəbul edilməsi kimi fərdi bacarıqlarını inkişaf etdirəcəklər. Yay Məktəbinin iştirakçıları şəhadətnamə ilə təltif olunacaqlar.  

İctimai Birlikdən Modern.az-a bildiurlib ki, bu layihə uşaqların iştirakı üçün böyük stimul olacaq, onlar özlərində və istedadlarında özünə inam və etibarı inkişaf etdirəcəklər. Layihə uşaqların davranışına təsir edəcək, onların həyata və həmyaşıdlarına baxış tərzini dəyişəcək. Uşaqlar böyüyərək uşaq hüquqlarına hörmətlə yanaşmaqla yanaşı, uşaq hüquqlarının fəal müdafiəçisi olacaq, onların məsuliyyətli valideyn və layiqli vətəndaş kimi formalaşmasına təsir göstərəcək.  

Qeyd etmək istəyirik ki, 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində uşaq hüquqlarının tədrisi, qaçqın və məcburi köçkün uşaqların inkişafı ilə bağlı təşəbbüslərin əhəmiyyəti uşaqlar tərəfindən xüsusilə vurğulanıb. Azərbaycan uşaqlarının 10%-i hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır və bu uşaqlar Uşaq Hüquqları Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlardan məhrum edilib və hazırda da bir çox hüquqları gerçəkləşdirilməmiş qalır. Onların böyük əksəriyyəti öz hüquqlarını bilmir.

Modern.az 

 

http://modern.az/articles/6171/1/

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az