«Uşaq hüquqları» yay məktəbi başlayır
«Hər bir uşağın hüququ var!» Milli Kampaniyasının növbəti tədbiri olaraq «NUR» Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən «Mənim hüquqlarım» - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində 13 iyul 2010-cu il tarixində “Uşaq Hüquqları” Yay Məktəbinin açılış mərasimi keçiriləcək. Təşkilatdan verilən məlumata görə, «Mənim hüquqlarım» - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsinin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır.
“Uşaq Hüquqları” Yay Məktəbi Novxanıdakı AF Hotel-Aquaparkda keçiriləcək. Yay Məktəbində 18 yaşınadək 40 nəfər qaçqın və məcburi köçkün uşaqlar iştirak edəcək. Yay Məktəbinin dinləyiciləri fəal təlim metodları vasitəsilə uşaq hüquqlarına dair biliklərini artırmaqla yanaşı, uşaq hüquqlarına dair fərdi yanaşmaları və fikirlərini müzakirə edəcək, özlərinin qrup işi, ünsiyyət, düzgün qərarın qəbul edilməsi kimi fərdi bacarıqlarını inkişaf etdirəcəklər. Yay Məktəbinin iştirakçıları şəhadətnamə ilə təltif olunacaqlar.
Bu layihə uşaqların iştirakı üçün böyük stimul olacaq, onlar özlərində və istedadlarında özünə inam və etibarı inkişaf etdirəcəklər. Layihə uşaqların davranışına təsir edəcək, onların həyata və həmyaşıdlarına baxış tərzini dəyişəcək. Uşaqlar böyüyərək uşaq hüquqlarına hörmətlə yanaşmaqla yanaşı, uşaq hüquqlarının fəal müdafiəçisi olacaq, onların məsuliyyətli valideyn və layiqli vətəndaş kimi formalaşmasına təsir göstərəcək.
-
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var" -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
13 июля состоится открытие летней школы «Детские права» -
15 July, 2010
«Uşaq hüquqları» yay məktəbi başlayır -
22 June, 2010
Ümumi məlumat -
05 June, 2010
“NUR” Şuşalı uşaqları mükafatlandırdı -
02 June, 2010
QHTXeber.az::: Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq -
02 June, 2010
MQFXeber.az::: Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq -
01 June, 2010
“Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi -
01 June, 2010
1st News :: Детям беженцев и вынужденных переселенцев будут вручены подарки







