“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR

Şrift ölçüsü: Decrease font Enlarge font

Bakı, 12 iyul (AzərTAc). İyunun 13-də “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində “Uşaq Hüquqları” Yay Məktəbinin açılış mərasimi keçiriləcəkdir.
Tədbirin məqsədi qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır.
Yay Məktəbində 18 yaşınadək 40 qaçqın və məcburi köçkün uşaqlar iştirak edəcəkdir. Layihənin iştirakçıları fəal təlim metodları vasitəsilə uşaq hüquqlarına dair biliklərini artırmaqla yanaşı, bu sahəyə dair fərdi yanaşmaları və fikirlərini müzakirə edəcək, özlərinin qrup işi, ünsiyyət, düzgün qərarın qəbul edilməsi kimi fərdi bacarıqlarını inkişaf etdirəcəklər.
Sonda iştirakçılar şəhadətnamə ilə təltif olunacaqlar.

http://www.azertag.gov.az/index_az.jsp?id=1384&date=2010-07-12&lang=az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az