QHTXeber.az::: Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq

Şrift ölçüsü: Decrease font Enlarge font
image

qhtxeber.az// “NUR” Uşaq və Gənclərin İctimai Birliyi “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bir qrup qaçqın və məcburi köçkün uşaqları nailiyyətlərinə görə mükafatlandıracaq. Fərqlənən uşaqların mükafatlandırılmasından başqa əlil uşaqlara hədiyyələr də təqdim olunacaq. Tədbir 1 iyun 2010-cu il tarixdə keçiriləcək.

Uşaqlar bütün nemətlərin ən şirini, bütün varlıqların ən qiymətlisidir, həm də ən çox qayğıya və müdafiəyə ehtiyacı olanlardır. Məhz uşaqların inkişafı və sosial dəstəyi dünyanın gələcəyini müəyyən edəcəkdir. Heç bir məsələ uşaqların mövcudluğu və inkişafından vacib deyil. “Ədalətli və dinc” dünya uşaqlara uyğun dünyadır. Bu “dünya” da bütün uşaqlara həyata uğurlu başlanğıc üçün sevgi və qayğı ilə yanaşırlar. Çünki , uşaqlar buna layiqdir , böyüklər isə onu yaratmağa borcludurlar.

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılıb. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.

31.05.10 

http://www.qhtxeber.az/news/a-2825.html

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az