"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Milli.Az:: Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq Milli.Az:: Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq ================================================================================ admin on 01 June, 2010 31 May 2010 “NUR” Uşaq və Gənclərin İctimai Birliyi “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bir qrup qaçqın və məcburi köçkün uşaqları nailiyyətlərinə görə mükafatlandıracaq. Birlikdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, fərqlənən uşaqların mükafatlandırılmasından başqa əlil uşaqlara hədiyyələr təqdim olunacaq. Tədbir iyunun 1-də keçiriləcək. Qeyd edək ki, “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsinə əsasən “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılıb. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək. Milli.Az http://www.milli.az/news/society/12753.html