"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Ağayev Mirməhəmməd Ağayev Mirməhəmməd ================================================================================ admin on 03 December, 2010 Ağayev Mirməhəmməd Mirhaşım oğlu 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Xətai rayonu 27 saylı orta məktəbin şagirdidir. Mirməhəmməd kiçik yaşlarından şəkil çəkməyə həvəs göstərmiş, hətta altı yaşında olarkən, onun rəsmlərindən ibarət olan ilk sərgisi təşkil olumuşdur. 7 yaşında isə Tofiq İsmayılov adına "Uşaq və Gənclər Yaradıcılıq Sarayı"nda rəsm dərsləri almağa başlamışdır. 2003-cü ildən etibarən Çingiz Mustafayev adına "Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi"nə yazılmış və bir çox rəsm müsabiqələrində iştirak edərək böyük uğurlara imza atmışdır. Mirməhəmməd 2006-cı ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin təşkil etdiyi "Novruz 2006" müsabiqəsi, UNİCEF'in təşkil etdiyi "Uşaq rəsm müsabqiqəsi"nin iştirakçısı olmuşdur 2009-ci il “NUR” Uşaq və Gənclərin İctimai Birliyi’nin “Uşaq Hüquqları Məktəbi”nin dinləyicisidir. 2009-ci ildə “NUR” Uşaq və Gənclərin İctimai Birliyinə üzv olmuşdur. Azərbaycan Uşaqlarının 1-ci forumunda iştirak etmək hüququnu qazanmış, forumun işçi qrupunda moderator qismində fəaliyyət göstərmiş həmçinin plenar iclasda bir çox təkliflər irəli sürmüşdür. 2010-cu ildə “Nur” Uşaq və Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası, MTV Staying Alive Fondunun keçirdiyi “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində HİV/AİDS Maarifləndirməsi mövzusunda təlimlərin dinləyicisidir. Mirməhəmmədin rəsmlərindən bəziləri: