"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Fidan Məmmədova Fidan Məmmədova ================================================================================ admin on 20 November, 2010 Məmmədova Fidan Elxan qızı 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Səbail rayonu M. Rahim adına 7 saylı orta məktəbin şagirdidir. Təhsil aldığı müddətdə özünü ağıllı, tərbiyəli və fəal şagird kimi göstərmişdir. 2005-ci ildə “İstedad sorağında” adlı kitabda onun dərs əlaçısı olmağı, intonasiya ilə şeyir söyləməsi və skripkada ifa etməsi haqda məlumat dərc olunmuşdur. O, hələ 3 yaşında dil, rəsm, musiqi kursları almış, 5 yaşında isə baletlə məşğul olmağa başlamışdır. Musiqiyə böyük həvəs göstərdiyindən 8 yaşında Q. Qarayev adına 8 saylı 11 illik musiqi məktəbinin skripka şöbəsinə daxil olmuşdur. O, “Azərbaycan Dövlət Uşaq Kamera Orkestrı"na skripka ifaçısı kimi daxil olmuşdur. 2010-cu ildə Respublika üzrə keçirilən “Skripka ifaçılarının konkursu”nda ilk 15-ə daxil olmuşdur. İndi o, orta məktəbin 10-cu, musiqi məktəbinin isə 9-cu sinif şagirdidir. 2008-ci ildə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi’nin, Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr etdiyi “Uşaq Hüquqları Məktəbi”nin dinləyicisidir. 2008-ci ildə “NUR” Uşaq və Gənclərin İctimai Birliyinə üzv olmuşdur. Azərbaycan Uşaqlarının 1-ci forumunda iştirak etmək hüququnu qazanmış, forumun işçi qrupunda moderator qismində fəaliyyət göstərmiş həmçinin plenar iclasda bir çox təkliflər irəli sürmüşdür. 2010-cu ildə “Nur” Uşaq və Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası, MTV Staying Alive Fondunun keçirdiyi “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində HİV/AİDS Maarifləndirməsi mövzusunda təlimlərin dinləyicisidir. 2009-cu ildə keçirilən Bakı şəhəri üzrə “Azərbaycan –Dünyam mənim” adlı yaradıcılıq müsabiqəsinin II mərhələsində Musiqi nominasiyası üzrə II yerin, 2010-cu il “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” adlı elmi konfransda “Biz öz hüquqlarımızı bilirikmi?!” mövzusunda məruzəçi qismində III yerin sahibidir. Fidanın çıxışlarından bəzi videolar: