Fidan Məmmədova
Məmmədova Fidan Elxan qızı 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Səbail rayonu M. Rahim adına 7 saylı orta məktəbin şagirdidir. Təhsil aldığı müddətdə özünü ağıllı, tərbiyəli və fəal şagird kimi göstərmişdir. 2005-ci ildə “İstedad sorağında” adlı kitabda onun dərs əlaçısı olmağı, intonasiya ilə şeyir söyləməsi və skripkada ifa etməsi haqda məlumat dərc olunmuşdur.
O, hələ 3 yaşında dil, rəsm, musiqi kursları almış, 5 yaşında isə baletlə məşğul olmağa başlamışdır. Musiqiyə böyük həvəs göstərdiyindən 8 yaşında Q. Qarayev adına 8 saylı 11 illik musiqi məktəbinin skripka şöbəsinə daxil olmuşdur. O, “Azərbaycan Dövlət Uşaq Kamera Orkestrı"na skripka ifaçısı kimi daxil olmuşdur. 2010-cu ildə Respublika üzrə keçirilən “Skripka ifaçılarının konkursu”nda ilk 15-ə daxil olmuşdur.
İndi o, orta məktəbin 10-cu, musiqi məktəbinin isə 9-cu sinif şagirdidir.
2008-ci ildə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi’nin, Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr etdiyi “Uşaq Hüquqları Məktəbi”nin dinləyicisidir. 2008-ci ildə “NUR” Uşaq və Gənclərin İctimai Birliyinə üzv olmuşdur.
Azərbaycan Uşaqlarının 1-ci forumunda iştirak etmək hüququnu qazanmış, forumun işçi qrupunda moderator qismində fəaliyyət göstərmiş həmçinin plenar iclasda bir çox təkliflər irəli sürmüşdür. 2010-cu ildə “Nur” Uşaq və Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası, MTV Staying Alive Fondunun keçirdiyi “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində HİV/AİDS Maarifləndirməsi mövzusunda təlimlərin dinləyicisidir.
2009-cu ildə keçirilən Bakı şəhəri üzrə “Azərbaycan –Dünyam mənim” adlı yaradıcılıq müsabiqəsinin II mərhələsində Musiqi nominasiyası üzrə II yerin, 2010-cu il “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” adlı elmi konfransda “Biz öz hüquqlarımızı bilirikmi?!” mövzusunda məruzəçi qismində III yerin sahibidir.
Fidanın çıxışlarından bəzi videolar:
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







