"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Cavid Məmmədov Cavid Məmmədov ================================================================================ admin on 22 February, 2010 Məmmədov Cavid Yusif oğlu 1992-ci ildə anadan olmuşdur. Bakı şəhər 177 saylı orta məktəbin şagirdidir. Təhsil aldığı müddətdə özünü ağıllı, tərbiyəli, fəal şagird kimi göstərmişdir. Cavid gözəl rəsm əsərləri çəkir. O, 2007-ci ildə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən respublika üzrə rəsm müsabiqəsində ΙΙ yerə, Beynəlxalq rəsm müsabiqəsində gümüş medala, 2008-ci ildə “Azərbaycan- dünyam mənim” yaradiciliq müsabiqəsində Ι yerə, həmçinin Respublika QİÇS’lə Mübarizə Mərkəzi və Təhsil Nazirliyin birgə keçirdiyi rəsm müsabiqəsində Ι yerə layiq görülmüşdür. Cavid ictimai işlərdə fəal iştirak edir. O, Azərbaycan Uşaqlarının 1-ci Forumunda iştirak etmək hüququ qazanmışdır. Forumda- təhsil, uşaqların sosial inkişafı mövzuları çərçivəsində müzakirələrdə aktiv iştirak etmiş və bir çox təkliflər irəli sürmüşdür.