"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Hacıyev Araz 15 yaşındadır. Hacıyev Araz 15 yaşındadır. ================================================================================ admin on 05 January, 2010 Hacıyev Araz Həsən oğlu 1994-cü il Yanvar ayının yeddisi anadan olub. Şəmkir şəhər N.Gəncəvi adına orta məktəbinin şagirdidir. Məktəbdə intizamlı və çalışqan bir şagird kimi tanınır. Bütün fənlərin öyrənilməsində sinif yoldaşlarına nümunədir.Arazın uşaqlıqdan şahmata böyük həvəsi olmuşdur. Şahmatla Şəmkir rayon Uşaq Gənclər Şahmat Məktəbində məşğul olur. O, respublika daxili, həmçinin ayrı-ayrı ölkələrdə keçirilən şahmat turnirlərində dəfələrlə birinciliklər qazanmış, fəxri fərmanlarla təltif edilmişdir. Azərbaycan Uşaqlarının 1-ci Forumunda iştirak etmək hüququ qazanmışdır.