Fəaliyyət

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Uşaqlar üçün Dünya Hərəkatı dünyadakı bütün uşaqların əmin-amanlığını və həyatlarının təkmilləşməsini dəstəkləyən beynəlxalq hərəkatdır. 1999-2001-ci illərdə “NUR”-un üzvləri və könüllüləri Uşaqlar üçün Dünya Hərəkatının Azərbaycanda formalaşmasında və geniş vüsət almasında xüsusi rol oynamışdır. Belə ki, “NUR” müxtəlif şəhər və rayonlardan, qaçqın düşərgələrindən, uşaq evləri və internat müəssisələrindən gəncləri bu hərəkata cəlb etmişdir.

«Uşaqlar üçün «Hə» deyin» yeni nəsli yoxsulluqdan, xəstəliklərdən, zorakılıqdan, ayrıseçkilikdən mühafizə etmək məqsədi daşıyan qlobal kampaniyadır. NUR-un nümayəndəsi bütün dünyadan seçilmiş 6 uşaqdan biri kimi qlobal kampaniyanın açılış mərasimində iştirak etmişdir. Azərbaycandan ilk səs cənab prezident İlham Əliyev tərəfindən verilmişdir. Bütün dünya üzrə 84,934,055 nəfər, Azərbaycan üzrə 1,027,260 nəfər səs vermişdir. Bu nəticələrdən 424,450 zəmanəti NUR toplamışdır. NUR imzaların toplanmasından başqa Azərbaycan üzrə olan bütün 1,027,260 səsin sayılaraq təhlil edilməsini və yekun cavabların internetə daxil edilməsini də öz üzərinə götürmüşdür.

NUR mütəmadi olaraq orta və ali məktəblərdə vətənpərvərlik mövzusunda ədəbi gecələr, konsertlər, diskussiyalar təşkil edir. Hərbi hissələrə səfərlər edir, uşaqların əsgərlərlə görüşlərini keçirir. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə səfərlər edir, müntəzəm olaraq məhsəti türkləri olan uşaqlarla görüşlər keçirir.

Uşaq hüquqlarının təbliğini özünə məqsəd seçən NUR, kiçik yaşlı həmvətənlərin cəmiyyətdə fəal mövqeyinə başlıca önəm verir.
• Nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların rəhbərləri ilə uşaqların müntəzəm görüşləri
• Mütəmadi təlimlər
• Maarifləndirmə vərəqələrinin paylanılması
• Sorğular
• Uşaq evləri və internat məktəblərində olan uşaqlarla iş
• Orta məktəblərdə uşaq hüquqlarına dair guşələrin yaradılması
• Uşaqların müxtəlif nüfuzlu tədbirlərdə iştirakının təmin olunması
• Və s.

Uşaqlar Sağlam Həyat Tərzi uğrunda mübarizədə
• 2001-ci ildən UNİCEF-in dəstəyi ilə sağlam qidalanmaya dair silsilə tədbirlər (rəsm müsabiqələri, 25 rayonda dəyərləndirmə kampaniyaları, gənclər müzakirələri, sorğuları, təlimlər, maarifləndirmə materiallarının çapı və s.)
• HİV/AİDS-lə mübarizə istiqamətində 15 orta məktəbdə maarifləndirmə işi, 10 ali təhsil müəssisəsində isə konfrans və seminarlar təşkil olunmuşdur. Hər il AİDS-dən ölmüş insanların xatirə günü və AİDS-lə Mübarizə Günündə ən müxtəlif tədbirlər təşkil olunur.
• Tütün, narkotik maddələr və alkoqolla mübarizə sahəsində maarifləndirmə kampaniyaları
• Geniş İmmunlaşdırma Həftəsi ərəfəsində 50,000 məktəbli arasında izahat-maarifləndirmə işi
• DİAMED Özəl Tibb Müəssisəsinin dəstəyi ilə 1 saylı uşaq evindən olan 100 nəfər kimsəsiz uşağın tibbi müayinəsi və müayinəni nəticəsi olaraq uşaqların müalicəsi
• UNFPA-nın dəstəyi ilə «Sağlam nəsil-sağlam gələcək» adlı layihə
• UNFPA-nın dəstəyi ilə Bakı-Qusar istiqamətində avtobus turu və bu istiqamət üzrə rayonlarda maarifləndirmə seminarları

UNİCEF-lə əməkdaşlıq şəklində «Uşaq-Ailə-Cəmiyyət» Forumu keçirilmişdir.

UNFPA-nın dəstəyi ilə «Bərabərlik Gücləndirir» devizi altında Ümumdünya Əhali Günü qeyd olunmuşdur.

«DAN» Beynəlmiləlçi Gənclər Birliyi ilə əməkdaşlıq şəklində I, II və III «Dan Ulduzu» Beynəlxalq Bədii Yaradıcılıq festivalı keçirilmişdir.
  

2000-2006-cı illərdə Birliyin fəaliyyətinə dair Azərbaycan Televiziyasında aylıq verlişlər (təxminən 84 televiziya verlişi) yayımlanmışdır.

Bakı şəhərində 12-17 yaşlı 500 uşaq arasında «Gələcək Səslər» adlı Sorğu aparılmışdır. Sorğu hər yerdə eyni metodologiya və suallar vasitəsilə aparılmışdır ki, bu da nəticələri tam şəkildə müqayisə etmək imkanı verir. Sorğu edilən uşaqlar və gənclər yaş, cins, yaşadığı ərazi və sosial-iqtisadi status meyarlarına görə seçilirdi. Sorğuda xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı da təmin olunmuşdur. Bütün müsahiblər öz razılıqları ilə və tam azad cavab vermə imkanı olan mühitdə sorğu edilmişlər. Sorğu 48 sualdan ibarət idi. Sorğunun nəticələri təhlil edilərək və yekun hesabat hazırlanmışdır.

2006 və 2007-ci illərdə NUR UGİB-in ekspertlərin tərfindən Müəllimlərin Təkmilləşdirmə İnstitutunda Bakı şəhər məktəblərinin direktor müavinlərinə 3 mövzuda mühazirə oxunmuşdur.

2007-ci il ərzində Bakı şəhərində olan orta məktəblərin ərazisində Yol Hərəkəti Nişanlarının monitorinqi aparılmışdır. Monitorinqin nəticələrinə uyğun olaraq müvafiq addımlar atılmışdır.

2007-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş UŞAQ HÜQUQLARI MƏKTƏBİ təşkil olunmuşdur. UŞAQ HÜQUQLARI MƏKTƏBİnin məqsədi uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdan ibarət olmuşdur. UŞAQ HÜQUQLARI MƏKTƏBİnin dinləyiciləri 12-15 yaşlı 50 nəfər uşaqdan ibarət olmuşdur.

Uşaqların Müdafiə Günü və BMT Sülhməramlılarının yaranmasının 60-illik yubileyi münasibətilə 27 may 2008-ci il tarixdə BMT-nin və “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə 14 nəfər uşaq Birləşmiş Millətlər Təşkilatında olmuşlar. Uşaqların iştirak etmək və öz cəmiyyətlərinin inkişafına yardım etmək hüququnun tanınmasını dəstəkləyən bu görüş zamanı uşaqlar BMT-nin iqamətgahının iş ilə yaxından tanış olmuş, BMT-nin bir neçə agentliklərinin nümayəndələri ilə görüşmüş və BMT agentliklərinin Azərbaycanda gördüyü işlər barədə ətraflı məlumat əldə etmişlər. BMT-nin rezident əlaqələndiricisi cənab Bruno Pouzat ilə görüş və səmimi ünsiyyət uşaqlar üçün çox maraqlı keçmişdir. Kosovada Azərbaycan Sülhməramlılarının kapitanı uşaqlara “sülhməramlılar”ın kim olduğunu və onların vacib rolunu izah etdikdən sonra, uşaqlar Azərbaycanlı Sülhməramlılar haqda filmə tamaşa etmişlər.

2008-ci ildə “NUR” UGİB Qlobal Təhlükəsiz İnternet həftəliyi zamanı “İnternetlə dost olaq!” – Təhlükəsiz İnternetin tədrisi Kampaniyasına start verib. İnternet uşaqlar üçün çox gözəl resurs ola bilər. Klaviaturada işləmək bacarığına malik olan hər bir uşaq dünya biliklərinə yiyələnə bilər. İNTERNETin müsbət faydası nə qədər çoxdursa da, ondan istifadə zamanı yaranan mənfi halları təəssüf ki, kölgədə qoyacaq qədər deyil. Təhlükəli hallara,  xüsusən internetdən əyləncə və əlaqə məqsədi ilə istifadə edən təcrübəsiz insanlar məruz qalırlar. Uşaqlar cəmiyyətin daha tez təsir altına düşə biləcək təbəqəsini təşkil etdiklərindən belə hallarla  çox vaxt virtual ünsiyyəti zamanı səmimiliklərindən üzləşirlər. Hal-hazırda 1500 uşaq və 300 məktəb müəllimi üçün maarifləndirici təlimləri təşkil edilib.

“NUR” UGİB-in HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə Staying Alive Fondu və MTV tərəfindən “STAYING ALIVE AWARD” mükafatı ilə təltif olunmuşdur. 2008-ci ildə Staying Alive Fondunun dəstəyi ilə "HİV/AİDS barədə nə bilməliyik?" adlı layihə həyata keçirmişdir.

2009-cu ildə həyata keçiriləcək layihələr:
• Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan Gəncləri AİDS-ə qarşı" layihəsi
• Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərər Dövlət Dəstəyi Şurasınnı dəstəyi ilə Azərbaycan Uşaqlarının I Forumu
• Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Uşaq Hüquqları Məktəbi
• Staying Alive Fondunun dəstəyi ilə "Uşaqların göy qurşağı: HİV/AİDS maarifləndirməsi paytaxtdan regionlara" layihəsi
• Uşaqlar üçün veb-portal layihəsi.

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az