"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Teorem. Pifaqor Teoremi Teorem. Pifaqor Teoremi ================================================================================ admin on 05 December, 2009 Teorem - doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təkliflərə (mülahizələrə) teorem deyilir. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir. Teoremlərin dörd növü vardır: Düz Teorem Tərs Teorem Əks Teorem Əks-Tərs Teorem Teoremlərin əks və tərs teoremləri hər zaman doöru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər. Pifaqor Teoremi - Planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teorem. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir.