Teorem. Pifaqor Teoremi

Şrift ölçüsü: Decrease font Enlarge font

Teorem - doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təkliflərə (mülahizələrə) teorem deyilir. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər.

Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir.

Teoremlərin dörd növü vardır:

Düz Teorem
Tərs Teorem
Əks Teorem
Əks-Tərs Teorem
Teoremlərin əks və tərs teoremləri hər zaman doöru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.

Pifaqor Teoremi - Planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teorem. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az