MƏKTUB

Şrift ölçüsü: Decrease font Enlarge font

Əməli xarakterli məktublar məzmunca təliqələrə bənzəyir. Çünki belə məktubda ifadə olunan fikir rəsmi xarakter daşıyır və ən çox mürəkkəb cümlələrlə ifadə edilir.

 Deməli, şagirdlərə mürəkkəb cümlələrə dair əməli vərdişlər verərkən belə məktublardan; istifadə etmək olar.

Məktublar məzmunca fərqləndiyi kimi, formaca da bir-birindən fərqlənir. Müəllimin əsas vəzifəsi şagirdlərə məktubun formasını başa salmaq, bu sahədə onlarda tam anlayış yaratmaqdır. Əvvəla, müəllim-məktubun məzmununu nəzərə alıb, ona müvafiq olan anlayışı tapmaqda şagirdlərə kömək etməlidir. Şagirdlər nə məzmunda yazacaqlan məktub üçün məlumat toplamalı və dərslərin birində ayrı-ayrı şagirdlərin məlumatı dinlənilib ümumiləşmələr aparılmalıdır. İkinci, məktubun texniki tərtibatına düzgün riayət olunmalıdır. Şagirdlər bilməlidirlər ki, məktubda təkcə məzmununa kifayətlənmək azdır, onun kimə və hara yazılacağını da qabaqcadan müəyyənləşdirmək lazımdır. Tutaq ki, şagird məktubu rəsmi şəxsə, yaxud hörmətli bir adama yazırsa, deməli, onun məzmununda ədəb qaydalarını gözləməli və hər bir cümləsində ədəb, nəzakət özünü göstərməlidir.

Müşahidə və təcrübə göstərir ki, şagirdlər məktubun yazılışında müxtəlif cür hərəkət edirlər. Bəzi məktublarda yalnız məktublaşan şəxsin fikri verilir ki, bu da yazının təsir gücünü azaldır.Şagirdlər məktub yazarkən aşağıdaki sistemi gözləməlidirlər.

1.Müraciət hissəsi. Yazının bu hissəsində şəxsin adı, sənəti və hörmət əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.

Adından göründüyü kimi müraciət hissəsi məktubun başlığı sayılır. Belə başlıq, əsasən, əmr cümləsi şəklində verilmir. Ona görə müəllim məktubun müraciət hissəsində cümlənin intonasiyaya görə növlərini yada salmaqla bərabər, onlarda "Xitab" mövzusuna dair vərdişləri də möhkəmlənidirə bilər. Məsələn, şagirdlər məktublarda belə başlıqlardan istifadə edə bilərlər:

-Hörmətli müəllim, salam!

Əziz bacım, salam!

2. Ümumi hissə- Burada məktublaşan şəxslərin əhval- ruhiyyəsi, vəziyyəti öz əksini tapir.

Hörmətli müəllimə, Sizin keyfiniz necədir? Siz həyatda həmişə gümrah və xoşbəxt olasınız. Yaxud: Əziz bacım, yaz görüm, dərslərin necə gedir?Bu rübü hansi qiymətlərlə başa vuracaqsan? Mən tərəfdən narahat olma. Çalışıram ki, bütün qiymətlərim əla olsun və s.

3. Fərqləndirlci hissə- Bu məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər şəkildə şərh edilir. Məsələn:

Hörmətli müəllim, sizin təklif etdiyiniz kitablardan mən A. S. Puşkinin "Nağıllar", S. Rəhimovun "İki qız", N. Xəzfinin "Sehrli kasa", E. Mahmudovun "Kainat gəmisi", A. Qaydarın "Təbilçinin taleyi", M. Cəlalin "Qorxu" adlı əsərlərini oxumuşam. Hamısı mənim xoşuma gəldi.

4. Yekunlaşdıncı hissə — Bu məktubun sonluğu deməkdir.
Hörmətli müəllimə, sizi narahat etdiyim üçün üzr istəyirəm.

Hələlik sağ olun! Cavab gözləyirəm.                    

Hörmətlə sevimli şagirdiniz Vüsal.

15 noyabr 1999-cu il.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az