İZAHAT
Hər hansı bir hadisəni faktlar əsasında şərhini verən yazılı sənədlərdən biri də izahatdır. İzahat şagirddən düşünmək, fikrini düzgün və məntiqi ardıcılıqla vermək tələbini qarşıya qoyur. Ona görə də sənədin bu formasında aşağıdakı sənədləri şagirdlərə mənimsətmək faydalıdır.
- İzahatın başlığı, yəni kimə ünvanlanır.
- İzahat kim tərəfindən verilir. Onun adı, soyadı və atasının adı bütöv şəkildə göstərilir.
- İzahatın məzmunu. Niyə? Nə səbəbə? Kimdən və nədən ötrü?
- İzahatın nəticəsi.
- İmza.
- Tarix.
* * * * * * * * * *
Nümunə:
Yasamal r-n 158 saylı məktəbin direktoru cənab Z. Səmədzadəyə məktəbin X "a" sinif şagirdi Vüqar Nəriman oğlu Hüseynovun
İZAHATI
Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, hadisə 10 may 2000-ci ildə idman zalında baş vermişdir. Sıra ilə qaçış zamanı qarşımdakı sinif yoldaşım Ələkbər Bağırova ayağım toxundu, o yerə yıxıldı,mənə iki şillə vurdu. Mən də özümü saxlaya bilmədim, ona bir təpik atdım. Yoldaşlarımız bizi ayırdı. İdman müəllimimiz hər ikimizi dərsdən çıxardıb sizin yanınıza gətirdi. Bu hadisə təsadüf nəticəsində baş vermişdir. Artıq barışmışıq və müəllimdən də üzr istəmişik. Xahişimiz də budur ki, siz də bizi bağışlayasınız.
İmza: (V. N. Hüseynov)
10 may 2000-ci il.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







