"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: İLTİZAM İLTİZAM ================================================================================ admin on 23 November, 2009 Yazılı sənəd formalarından biri də iltizamdır. İltizam, əsasən, şəxsi məzmuna malikdir. Şagirdlərə iltizamı məzmunlarla başa salarkən, Birinci növbədə onun əlamətlərini göstərmək lazımdır. *Başlıq, yeni səhifənin ortasında böyük hərflə iltizam sözü yazılır. *İltizam kim tərəfindən verilir. Burada şəxsin adı, soyadı və atasının adı qeyd olunur. *İltizamın məzmunu, yeni şəxs lazımi öhdəlikdə nə vaxt, nə, kimdən, hansı müddətdə görəcəyi işi qısa şəkildə göstərir. *imza. *Tarix. , * * * * * * * * * * Nümunə: İLTİZAM Mən Rəsulzadə Ruslan Rahib oğlu sinif rəhbərimə iltizam verirəm ona görə ki, II rübdə riyaziyyatdan və kimyadan aldığım dörd qiyməti, III rübdə beş qiymətə qaldıracağam. İmza: X "a" sinif şagirdi R. R. Rəsulzadə Tarix: 14 yanvar 2000-ci il