ARAYIŞ

Şrift ölçüsü: Decrease font Enlarge font

Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir. Əlbəttə, arayışın bu formasında bir və ya bir neçə şəxs haqqında məlumat verilir. Lakin mürəkkəb mexaniziminə malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünə məxsus forması vardır. Belə ki, arayışın sol tərəfdən üst küncündə idarənin ştampı, ortada arayış sözü, aşağıda məzmun, ən nəhayət, axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü vurulur. 

ARAYIŞ - nümunə 1

İdarənin           Həqiqətən Kamran Rahib oğlu Rəsulzadə 15 noyabr 1985-ci ildə anadan ştampı             olmuş və hal-hazırda Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 15  evin nömrəli           14 nömrəli mənzilində yaşayır. Arayış 95 nömrəli bağçaya təqdim                       olunmaq üçün verilir.   

Mənzil istismar səhəsinin rəisi:                       İmza:           (N. Kerimov)  

ARAYIŞ - nümunə 2 

Yoxlama zamanı 19 saylı məktəbin tədris binasında əşyaların ça­tışmadığı aşkar edilmişdir.

  1.  Səkkiz skamya sındırılmışdir.
  2.  Dörd sinif otağında yazı taxtası yarıtmazdır.
  3. İki sinif otağının təmirə ehtiyacı var.
  4.  Kabinələrdə müvafiq ləvazimat yoxdur.
  5.  Şagirdlər dərsliklə təmin olunmamışdır. V "a" sinfində 15 şagirdin Azərbaycan dili dərsliyi yoxlur.

Arayış RTŞ-yə təqdim olunmaq üçün verilir. 

Yoxlama komissiyasının sədri:           İmza                 Y. Səmədov

Məktəbin direktoru:                          İmza                 V. Bağırov 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az