"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: İnformasiya cəmiyyəti onun təzahürləri və ziddiyyətləri (İnformasiya Ekologiyasi) İnformasiya cəmiyyəti onun təzahürləri və ziddiyyətləri (İnformasiya Ekologiyasi) ================================================================================ admin on 27 May, 2010 Bu gün informasiyalaşdırmanın nəinki üstünlükləri həm də bu proqressiv prosesin neqativ tendensiyası aydın görün­mək­dədir. Neqativ təzahürlərin əsas hissəsi informasiya ekologiyası adlanan elmi istiqamətin formalaşması əsasında yarandı. Onlar­dan bəziləri informasiya cəmiyyətinin növbəti inkişaf mər­hə­ləsinin mahiyyətinə xas olan dərin təzadlara çevrilir, ələlxüsus demokratik ölkələrdə. Burada əsas məqsəd – insan sağlamlığına və yetişən cavan nəslə mənfi təsir göstərən məlumat­landırmanın mənfi təzahürlərinin zərərli təsirini vaxtlı-vaxtında aradan götür­mək işlərinin stimullaşdırılmasıdır. Digər tərəfdən investisiya siyasətində, təhsilin təkmilləşdirilməsində və dövlət quruluşunun ayrı-ayrı sahələrində birinciliyin bərabər yerləşdirilməsi məqsədi ilə informasiya cəmiyyətinin inkişafının istiqamətlərinə elmi nöqteyi-nəzərdən yanaşılması vacibdir. İlk növbədə - in­for­masiya cəmiyyəti anlayışının mahiyyəti barədə məlumata nəzər yetirək: İnsan tərəfindən əldə olunan məlumatın həcmi o dərə­cədə intensiv çoxalır ki, bəzən tələb olunan vaxtda belə vəziy­yətin adekvat həllinə tam təminat verilmir. Qəbul edilən bütün İnformasiyalaşdırılma üzrə proqramlar ilk növbədə vətəndaşlar və təşkilatlar tərəfindən əldə olunan məlumat həcminin çoxal­masına yönəlib. İlk növbədə yalnız verilən məlumatların müxtə­lif növ arayış və hesabatlara çevrilməsinə fikir verilir. Düzdür, bu da vacibdir, ancaq belə hal dünyada, geoinformasiya sistem­lərində və xüsusən İnternetdə dövr edən saysız-hesabsız məlu­mat­larla işləmə qaydasında padiqmaların əsaslı əvəz olunmasına heç də kömək etmir. Nəticədə, çox sayda insanlar müxtəlif sənəd­lərin hazırlanması üçün vacib olan məlumatın araşdırılması və kompüter kompilyasiyası (başqalarının məqalələrindən isti­fadə yolu ilə düzəldilən məqalə) ilə bağlı fəaliyyətə cəlb olunur. Beləliklə onlar istehsal fəaliyyətindən və səmərəli istirahətdən məhrum olurlar. Bununla bağlı İT şəbəkəsinin inkişafında əsasən tələb olunan məlumatların araşdırılmasına yox, istifadə­çilərin, daha dəqiq desək, onların kompüterlərini mütəxəssislərin fəaliyyətinə bərabər olan infokommunikasiya şəbəkəsi təşəb­büsü haqqında verilənlər ilə təmin etməkdir. Belə halda fərdi kompüter nəinki məlumatlarla işləyən əsas elementdir, birinci növbədə konkret şəraitə uyğun olaraq düzgün qərarın qəbul edilməsində köməkçi və biliklər generatorudur. Güman edilir ki, daha kamil informasiya mühiti o zaman ola bilər ki, fərdi kom­püterlərdə istifadəçinin tələblərinə istiqamətlənmiş ekspert sistem­ləri yaxud da məişətdə lazımi qərarların qəbulu modelləri mövcud olsun. Bu halda şəbəkə kompüter texnologiyası, fərdi kompüterlərə və serverlərə verilənlərə uyğun qərarları göndərə­rək, ekspert sistemlərinin modellərinin vacibliyini inkişaf et­dirə­cək. İnternetdə belə bir texnologiyaya dair kifayət qədər hazır materiallar var: axtarış serverləri informasiya mühitinin tələb olu­nan sahələri üzrə məlumatlarla “zerkalirovanie” üsulu ilə biri-birlərinin təmin edirlər. Məhz bu səbəbdən kompüter isti­fadə­çilərinin məlumatladırılma xidmətinə tamamilə yeni bir yanaşma tələb olunur. Daha dəqiq desək kompüter qurğuların­dan istifadə etməyi bacaran mütəxəssisləri yetişdirmək, yəni proq­ramlaşdırılmaya, infokomunikosiyon şəbəkələrinin və fərdi kompüterlərin əməliyyat mühitinin layihələşdirilməsinə yeni bir yanaşma tələb olunur. Bunun üçün isə yeni programçılar nəslinin, tətbiqi analitiklərin və şəbəkə inzibatçılarının yetiş­diril­məsi vacibdir. Digər tərəfdən isə, tarixçilərin fikrincə bəşəriy­yətin informasiya sahəsində inkişaf dövrü 135 ilə yaxın davam edəcək. Qeyd eləsək ki, bu dövr keçən əsrin 90-cı illərin əvvəlində başlanıb (1981ci il – ilk fərdi kompüterin meydana gəlməsi) bu halda biz cəmi bu dövrün ancaq 19 ilini keçmişik. Lakin informasiya mühitində elədə nəzərə çarpan dəyişikliklər baş verməmişdir. Əksinə, biz KİV sahəsində, İnternetdə, kitab nəş­riy­yatı industriyasında saysız-hesabsız problemlərlə rastlaşırıq. Bütün izah etdiklərimizin əsasında informasiya cəmiyyətininə belə bir tərif vermək olar. Bu kontekstdə İnformasiya Cəmiyyətinə V.A. Ostreykovski tərəfindən verilmiş tərif çox yerinə düşərdi: “İnformasiya Cəmiyyəti – strukturlar, texniki baza və in­san potensiallı biliklərin informasiya resurslarına çevrilməsinə xidmət etməlidir və bu resursların üzərində yenidən işləmək tə­ləb olunur bu isə passiv formaların (kitablar, məqalələr, pa­tent­lər) aktiv formalara (modellər, alqoritmlər, proqramlar, layihə­lər) çevrilməsində vacibdir. Lakin yuxarıda izah olunanlardan da­ha çox diqqət, infokommunikasion infrastruktur tərəfindən avtomatik idarə olunan modellərə və ekspert sistemlərinə veril­məlidir. İnformasiya cəmiyyəti – məlumatla işləmək qabiliy­yətinə malik yüksək texnologiyalar ilə, qərarların qəbulu üçün kompüter modelləri ilə, İnternet (intranet) tərəfindən avtomatik aktuallaşdırılan ekspert sistemləri və intellektual informasiya robotları ilə təchiz olunmuş və bütün vətəndaşlara peşəkar fəaliy­yətdə və məişətdə tələb olunan qərarların qəbul olun­ma­sında bu texnologiyalardan istifadə etmək imkanı olan bir cə­miy­yətdir. İnformasiya cəmiyyəti termini 60-cı illərin II yarısında insanlar ilk dəfə “informasiya partlayışı” varlığını dərk etdikdən sonra yaranmışdır. Cəmiyyəti dövr edən informasiyanın sayı getdikcə artmağa başladı. Sonra cəmiyyətdə informasiyanın artması qanunu tapıldı. Məlum oldu ki, bu qanun “informasiya partlayışı” haqqında danışmağa imkan verir. Ekspotensial funk­siyanı özündə əks etdirən bu qanun göstərdi ki, insan bu cür axınlı informasiya ilə bacara bilməyəcək. İnformasiyanın işlənib hazırlanması, saxlanması və işlədilməsi üçün xüsusi vasitə lazımdır. İnsan tarixində gələcək eranı nəinki informasiya cəmiyyəti, eyni zamanda bilik cəmiyyəti, infoməkan adlandırmağa baş­lamış­lar. Troffel aqrar sənaye inqilabı yaşamış insanların, infor­masiya inqilabının astanasında olduğunu nəzərə alaraq, 3 inqilab nəzəriyyəsini elmi dövriyyəyə daxil etdi. İnformasiya cəmiyyəti adı ilk dəfə olaraq Yaponiyada yaranıb. Bu elmi-texniki iqtisadi tədqiqatlar üzrə yapon dövləti tərəfindən ölkənin iqtisadiyyatının gələcək inkişafında əsas yer tutdu. Bu termini təklif edən mütəxəssislər cəmiyyətin xüsusiy­yətlərini izah edir, bunun əsasında informasiya yüksək səviy­yədə dövr edir. İnformasiya xidmətindən istifadə qiyməti o qədər də yüksək deyil və onu hər kəs istifadə edə bilər. Amerika mütəxəssisi F.Maxlup 60-cı illərin əvvəlində in­for­masiyanı, sənaye məhsulu və istehsalı kimi başa düşülə biləcəyini irəli sürmüşdü. Bu haqda sonralar idarəetmə sahə­sinin təşkilində kağızsız texnologiya konsepsiyası siyasətini tək­lif edən B.M.Qluşkov da yazmışdır. Lakin məhz yaponlar, sən­aye informasiya ideyasının fəal təbliğatçıları olmuşdular və məhz onlar dünya bazarında rəqabət mübarizəsində istifadə et­miş­dilər. Dünya bazarında yüksək yer tutan yapon cihazları, hesablama maşınları olmadan informasiya cəmiyyəti üçün texnomühit yaratmaq mümkün deyil. 80-cı illərdə yüksək inkişaf etmiş ölkələrdə informasiya biznesi sürətlə inkişaf etmişdir. İnformasiya cəmiyyətinə keçid insanların informasiyadan istifadə etməsinə köməklik göstərir. İnformasiya cəmiyyətinin xüsusiyyətlərindən biri sənaye cəmiyyətində itmiş fərdi əməyin qiymətini artırmaqdır. Avto­mat­laşdırılmış iş yerləri şəbəkəsinin inkişafı bir çox mütə­xəssislərə evdən çıxmamaq şərti ilə yaradıcı cəmiyyətdə iştirak etmək imkanı verir. Təhsil sferasında da böyük dəyişiklər göz­lənilir. Azərbaycanda İnformasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrinə İC-nin hüquqi əsaslarının yaradılması, insan amilinin inkişafı, vətən­daş­ların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquq­ları, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkə­nin iqtisadi, sosial və intellektual potensialının möhkəm­lən­diril­məsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya təhlükəsizliyinin tə­mini, elektron geriliyinin aradan qaldırılması kimi məsələlər daxildir. İnformasiya cəmiyyətinin əsas məqsədi bütövlükdə cəmiy­yətin və ayrı-ayrı şəxslərin informasiya tələbatını ödəmək üçün müasir informasiya texnologiyaları bazasında müxtəlif təyinatlı informasiya resurs və fəzalarının formalaşdırılmasıdır. İnformasiya cəmiyyətinin xüsusiyyətlərinə aşağıdakı­ları aid etmək olar: *qlobal informasiya mühitinin yaradılması; *informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni forma­larının yaranması; *informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı; *təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviy­yəsinin artması; Ümumiyyətlə, İnformasiya cəmiyyəti fərdi biliklərin İnter­net-mühitin köməyi ilə ictimailəşməsi üçün misilsiz imkanlar yaradır. İnformasiya cəmiyyəti eyni zamanda, yeni növ iqtisa­diy­­yatı - ən ali əmtəə forması olan biliklərə və informa­siyalara əsaslanan iqtisadiyyatı formalaşdırır. İnformasiya cəmiyyətinin tərifinin ümum elmi şərhi təklif oluna bilər: İnformasiya Cəmiyyəti – əsas aparıcı qüvvəsi intellektual informasiyon texnologiyalardan (yuxarıda təsvir olan mənada) və bu texnologiyaları idarə etmək bacaran adam­lardan ibarət olan sosial-iqtisadi formasiyadır və buna uyğun ola­raq belə cəmiyyətin hal-hazırkı inkişaf dövrünü keçid dövrü, yaxud da inkubasiya dövrü adlandırmaq olar. Başqa sözlə desək, biz hələ də sözün əsl mənasında infor­masiya cəmiyyətində yox, postindustrial informasiya xaosu hö­km sürən bir cəmiyyətdə yaşayırıq. Keçid dövrünün yeni key­fiy­yətə keçməsi haqqında fikri 2000-cı ildə qeyrixətt dinamika və qeyritaraz dinamik mürəkkəb təbii sistemlər üzrə qərb mək­təbinin rəhbəri İ.Priqojin söyləmişdi. Demək olar ki, biz, infor­masiya texnologiyalarının inkişafında baş verən tərəqqi və bila­vasitə buna aid kütləvi informasiya vasitələri, robototexnika və süni intellekt ilə bağlı olan bifurkasiya nöqtəsinə yaxınlaşırıq. Bu – “şəbəkə strukturlu cəmiyyət”(network society) qlobal kənd haqqında arzuları ilə... Bifurkasiyadan sonra inkişafin hansı yolla gedəcəyi hələ müəyyən olunmayıb. Biz bifurka­siyadan sonra baş verən inkişafın istiqamətini təyin edən fluk­tasiya dövrünü yaşayırıq. Bu dövrdə aparıcı qüvvə yeni proq­ramçılar nəsli olmalıdır. Ona görə də bu xaosu sistemləşdirən, informasiya xaosunda səliqə yaradan proqramlaşdırma üzrə mütəxəssislərin, tətbiqi analitiklərin və sistem inteqratorların yetişdirilməsi, yeni düşüncəli innovativ kadrların hazırlanması çox aktualdır. Bu isə öz növbəsində orta və ali təhsil müəsis­sələrində informatika ilə bağlı fənnlərə yenidən baxılmasını və vurğulanmasını, təhsil sistemində fənlərin informatikanın kö­məyi ilə öyrədilməsini, başqa sözlə desək, hər bir ölkənin təhsil sisteminin innovativ inkişafını tələb edir. Çıxış yolu- İstehlakçı İKT bazarını , innovasiya və İKT tədqiqatlatını genişləndirməli, yaymalıdır. İKT tədqiqatlarında innovasiya və investisiya möhkəmləndirilməlidir, çünki İKT iqtisadiyyatın əsas aparıcı qüvvəsidir. Növbəti addımda İnformasiya cəmiyyətinin ziddiyyətlərinə nəzər yetirək: İnformasiya cəmiyyətinin təklif olunan tərifi bu dəyərli cəmiyyətin tam mahiyyətinə cavab verən layihələrin maliy­yələş­dirilməsini stimullaşdırılması yolu ilə qlobal infokom­munikosiyon mühitin korreksiyası üçün vacibdir (əsasən, ancaq bazar iqtisadiyyatının qanunları ilə). İC-nin aşağdaki ziddiy­yətlərinin sadalanması da elə bu məqsədə xidmət edir. Fikirlər informasiya şəbəkələrinin, kompüter modellərinin, elm və təh­silin informasiya resurslarının, məişətdə informasiya texnolo­giyaların istifadə olunması təcrübəsinə, əməkdaş və həmkarların təcrübə və rəylərinin işləyib hazırlanmasına, şəxsi təcrübəyə və nəhayət elmi araşdırmalara əsaslanır. Ziddiyyətlərin sadalanması ilə bərabər konstruktivlik prinsipinə riayət edərək bu problemlərin cəmiyyətə və ümumi­likdə onun vətəndaşlarına olan mənfi təsirini az da olsa yüngül­ləşdirilməsi üçün yanaşmanın müxtəlif variantları təklif edilir. Ziddiyyət 1: Bir tərəfdən daxil olan informasiya həcminin eksponsional artması, digər tərəfdən isə vacib olan infor­ma­siyanın axtarılmasına sərf olunan şəxsi vaxtın daha da uzadıl­ması. Çıxış yolu – istifadəçinin maraq dairəsinə uyğun məlumat onun kompüterində toplanmalıdır. Ziddiyyət 2: Bir tərəfdən söz azadlığı, digər tərəfdən isə KİV və İnternet tərəfdən vətəndaşlarin şəxsi vaxtına məlumat təcavüzü. Bunun qarşısını almaq üçün internet şəbəkəsində olan xüsusi reklam, qorxulu filmlər və s. kimi kanallar üzərində sen­zuranın olması vacibdir. ”Mədəniyyət” kanalının verilişləri şə­bə­kənin bütün kanallarında nümayiş etdirilməlidir. Qeyd etmək lazımdır ki, reklamların nümayişi insanın yeganə bərpa olunmayan vaxt ehtiyatına qəsd etmə hesab olunur. Yəqin ki, vətəndaşların şəxsi vaxtlarının toxunulmazlığı haqqında konsti­tusiyada vətəndaşların hüquqlarına dair əlavələr olunmalıdır. İnternetdə belə mənfi hallara tez-tez rast gəlmək olar, misal üçün sizin elektron ünvanınıza saysız-hesabsız reklam və digər informasiyanın ötürülməsini göstərmək olar. İnformasiyanın təhlükəsizliyinin təmin olunmasının, İnformasiya təcavüzünə qarşı­durmanın digər yolu xüsusi istiqamətləndirilmiş və uyğun­laşdırılmış informasiya süzgəci haqqında fikirdir. Ziddiyyət 3: Bir tərəfdən qlobal infomühitin güclənməsi, digər tərəfdən isə informasiya təxribatının daha da təhlükəli olması (misal üçün informasiyanın qorunma vasitələrinin sın­dırıl­ması, virusların hücumu). Çıxış yolu – mənzil və seyflərin qorunmasında istifadə olunan açar və şifrlərin dəyişilmə sis­temini daha da mürəkkəbləşdirmək və infokommunilosiyon şəbəkələrin abonentlərinin şəxsi sayıqlığıdır. Ziddiyyət 4: Bir tərəfdən daha da güclənən informasiya səs-küyü, digər tərəfdən isə bu mənfi təzadın məhdudlaşdırmaq üçün hüquqi əsasların yoxluğu. Bu isə informasiya ekologiyası, vətəndaşların əxlaqi(mənəvi) problemləri, cəmiyyətin ekoloji-informasiya problemləri deməkdir. Çıxış yolu – Təhsildə infor­matika kurslarının təkmilləşməsi və korreksiya olunması, infor­masiya mədəniyyətinin inkişafı, informasiya mənəviy­yatının və hüquqlarının formalaşmasıdır. Ziddiyyət 5: Bir tərəfdən Veb-pesursların ekspotensial artması, digər tərəfdən uşaqlar üçün araşdırıcı – inkişaf portallarının az olması. Çıxış yolu uşaqlar üçün informasiya resursları mərkəzlərinin yaradılması haqqında dövlət proq­ramının hazırlanması. Təhsilin informasiyalaşdırılması üzrə fəaliy­yət göstərən dövlət proqramı adekvat informasiya resurs­larının formalaşması üçün investisiya qoymağı nəzərə çarpdır­malıdır. Ziddiyyət 6: Bir tərəfdən informasiya texnolo­giya­larının imkanlarını artırmaq, digər tərəfdən isə proqram təminatının etibarlığının azalması. Çıxış yolu proqram məhsullarının asan­laşdırılması üçün İT-nin dar çərçivədə ixtisaslaşdırılması. Misal üçün: “Kərpiclər”-dən ibarət fərdi əməliyyat mühitinin quraş­dırılması.(LİNUX-prototipi). Bunun üçün yeni keyfiyyətli proq­ramlaşdırma sənayesi lazımdır. Bizə əcaib əməliyyat sistemi lazım deyil, şəxsiyyətin formalaşması üçün fərdi kompüterlər mühitinin əməliyyatlarına yönəldilmiş modul bazası lazımdır. Ziddiyyət 7: Bir tərəfdən kompüter texnikası vasitə­lərinin imkanlarının son dərəcə genişlənməsi, digər tərəfdən istənilən sənədlərin, xüsusilə kağız pulların saxtakarlıq təhlükəsinin artması. Çıxış yolu kağız pulların avtomatik tanıma vasitələrini yaratmaq, daha yaxşı olar ki, yuxarıda deyilən xoşagəl­məzliklərə səbəb olan internet-hesablaşmaları pulsuz olsun. Qeyd edilən informasiya cəmiyyətinin neqativ təzahürlərin əsas hissəsi informasiya ekologiyası adlanan elmi istiqamətin formalaşması əsasında yarandı. İnformasiya ekologiyası barədə məlumata nəzər yetirək: Əvvəlcə ümumrusiya elmi texniki İnformasiya institu­tunun əməkdaşı Mizintseva Mariya Feodorovnanın məruzəsində informasiya ekologiyası haqqında söylədikləri fikirlərə baxaq: informasiya ekologiyasının əsas predmeti informasiya mühiti ilə insanın qarşılıqlı əlaqəsini öyrənməkdir. *İnformasiya mühiti ilə insanın qarşılıqlı əlaqəsini öyrənməkdə məqsəd: *informasiya mühitinin vəziyyətinin monitorinqi əsasında in­san fəaliyyətinin bütün sferasına yeni informasiya texnolo­giyalarının tətbiqinin mümkün nəticəsinin proqnozununu həyata keçirmək, *informasiya cəmiyyətinin inkişafında qarşıya çıxan problemlərin kənar edilməsi variantlarını təkmilləşdirmək, *informasiya mühiti ilə insanın qarşılıqlı əlaqəsinin pozitiv və neqativ nəticələrini üzə çıxarmaq - müasir dünyada humanitar ideyalar təbliğatlarının təmin edilməsi, *kompüter və informasiya etiketinin tətbiqi hesabına insan mədəniyyətinin aşağı səviyyəsi və texnologiyanın inkişafının yüksək səviyyəsi arasındakı uyğunsuzluğu aradan qal­dırmaq, *müxtəlif layihələrin təsdiqi və bütün mərhələlərinin hazırlanması praktikasında tətbiqi və informasiya-ekoloji ekspertizanın məcburi keçirilməsi üzrə elmi metodiki tövsiyələrin işlənməsi, fasiləsiz təhsilə ekoloji faktor kimi yeni yanaşma prinsiplərinin hazırlanmasıdır. Nəhayət belə bir nəticəyə gəlirik ki, təhsil ekoloji faktora çevrilir, belə ki, informasiya cəmiyyətində yaşamaq şərtləri, yalnız yüksək informasiya mədəniyyətli insanlara malik olmağı, peşə biliklərinin təzələnməsini, vaxtaşırı kvalifikasiyalarının ar­tırıl­masını tələb edir. Bu prosesə dar mənada - müasir infor­masiya texnologiyaları ilə iş vərdişləri əldə etmək, geniş mənada isə - informasiya mühiti ilə qarşılıqlı əlaqə qaydalarının öyrənil­məsi kimi baxmaq olar. İnformasiya cəmiyyətinin mahiyyəti haqqında yuxarıda göstərilən fərziyyə doğrudursa, onun kəskinləşən problemlərini ifadə etmək və ayırmaq doğru olarsa, növbəti məsələ belə informasiya cəmiyyətinin vətəndaş modeli haqqındadır, deməli, ilk növbədə İC-də təhsil sisteminin təkmilləşdirilməsi istiqa­mətinin korreksiyası, həmçinin strateji planda dövlətin hüquqi sahəsinin konseptual yeniləşməsi olacaq. Məlumdur ki, sistemlik materiyanın ümumi xüsusiyyətidir. Bilik də sistemliliyin artırılması tərəfə inkişaf edir. İnformasiya cəmiyyəti haqqında biliyin artıq təkcə nəzəri yox, həm də sistemli təqdimetmədə sistemləşdirilməsinə ehtiyacı var. Beləliklə, aparılan araşdırmalara istinad edərək belə bir nəticəyə gəlmək olar ki, İnformasiya Cəmiyyətinin mürəkkəb bir sistem olduğu aydın başa düşülür. Hər bir insan bu sistemdə yaşamağa, yalnız yeni innovativ biliklər əldə etməklə nail ola bilər. Yəni, insan ömür boyu öz biliyini artırmalı, oxumalı, öy­rən­məli, öyrəndiklərini özündən sonrakına öyrətməli və inkişaf etməlidir. Belə təhsil onun həyatını daha maraqlı və axarlı edər. Bu prinsip işsizliyin və yoxsulluğun aradan qaldırılmasında geniş rol oynayacaq. Məhz bu yol yalnız innovativ insanları infor­masiya cəmiyyətinə aparacaq.