"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Uşaqlar üçün internet-təhlükəsizlik və internet-etiket qaydaları Uşaqlar üçün internet-təhlükəsizlik və internet-etiket qaydaları ================================================================================ admin on 27 May, 2010 *Valideynlərinizin icazəsi olmadan özünüz haq­qında (adın, soyadın, telefon nömrən, ünvanın, mək­təbin nömrəsi və s.) şəxsi məlumat verməyin. *Əgər şəbəkədə sizə təşviş doğuran nəsə deyirlər, göndərirlər və yaxud özünüz bunu aşkar edirsinizsə, o halda bunu təklikdə həll etməyin. Mütləq valideyn­ləri­nizə və ya müəlliminizə müraciət edin; Onlar bilirlər ki, nə etmək lazımdır. *İnternetlə münasibət yaratdıqdan sonra həmin adamla real həyatda görüşmək çox da yaxşı fikir deyil. Lakin Siz görüşmək istəyirsinizsə, bu barədə validey­ninizə xəbər verin, qoy onlar sizinlə birlikdə görüşə get­sinlər. *Elektron poçtunuzu, Web-səhifənizi, faylınızı açarkən tanımadığınız insanlardan gələn məktubları açmayın. *Öz ailənizin üzvlərindən başqa parolunuzu heç kimə deməyin. *İnternet-təhlükəsizlik qaydalarına əməl edin, bu zaman siz özünüzü şəbəkədə təhlükəsiz və rahat hiss edəcəksiniz. *Valideynləriniz yanınızda olmadığı vaxtlarda şəbəkədə pul ilə həyata keçə bilən əməliyyatlar etməyin. *Elektron yazışmalarda həmişə nəzakətli olmağa çalışın, sizinlə məktublaşan da nəzakətli olacaq. *Elektron məktub yazarkən mətni YUXARI REGİSTR-də yığma, bu şəbəkədə səs yaradar və həmsöhbətini məyus edə bilər. *Yazışdığın adamla əvvəlcədən razılaşmadan böyük həcmli in­for­masiyanı (şəkillər, fotolar və s.) göndərmə. *Tanımadığın adamlara hər han­sı informasiyanı göndərmə, əks halda bu, şəbəkə istifa­də­çiləri tərəfindən Virus-“Spam” kimi onları narahat etmiş olar. *Şəbəkədə başqasının səninlə necə rəftar etməyini istəyirsənsə, özün də başqaları ilə elə rəftar et!