Uşaqlar üçün internet-təhlükəsizlik və internet-etiket qaydaları

Şrift ölçüsü: Decrease font Enlarge font
  • Valideynlərinizin icazəsi olmadan özünüz haq­qında (adın, soyadın, telefon nömrən, ünvanın, mək­təbin nömrəsi və s.) şəxsi məlumat verməyin.
  • Əgər şəbəkədə sizə təşviş doğuran nəsə deyirlər, göndərirlər və yaxud özünüz bunu aşkar edirsinizsə, o halda bunu təklikdə həll etməyin. Mütləq valideyn­ləri­nizə və ya müəlliminizə müraciət edin; Onlar bilirlər ki, nə etmək lazımdır.
  • İnternetlə münasibət yaratdıqdan sonra həmin adamla real həyatda görüşmək çox da yaxşı fikir deyil. Lakin Siz görüşmək istəyirsinizsə, bu barədə validey­ninizə xəbər verin, qoy onlar sizinlə birlikdə görüşə get­sinlər.
  • Elektron poçtunuzu, Web-səhifənizi, faylınızı açarkən tanımadığınız insanlardan gələn məktubları açmayın.
  • Öz ailənizin üzvlərindən başqa parolunuzu heç kimə deməyin.
  • İnternet-təhlükəsizlik qaydalarına əməl edin, bu zaman siz özünüzü şəbəkədə təhlükəsiz və rahat hiss edəcəksiniz.
  • Valideynləriniz yanınızda olmadığı vaxtlarda şəbəkədə pul ilə həyata keçə bilən əməliyyatlar etməyin.
  • Elektron yazışmalarda həmişə nəzakətli olmağa çalışın, sizinlə məktublaşan da nəzakətli olacaq.
  • Elektron məktub yazarkən mətni YUXARI REGİSTR-də yığma, bu şəbəkədə səs yaradar və həmsöhbətini məyus edə bilər.
  • Yazışdığın adamla əvvəlcədən razılaşmadan böyük həcmli in­for­masiyanı (şəkillər, fotolar və s.) göndərmə.
  • Tanımadığın adamlara hər han­sı informasiyanı göndərmə, əks halda bu, şəbəkə istifa­də­çiləri tərəfindən Virus-“Spam” kimi onları narahat etmiş olar.
  • Şəbəkədə başqasının səninlə necə rəftar etməyini istəyirsənsə, özün də başqaları ilə elə rəftar et!
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az