İnternet mədəniyyəti
Dünyada vətəndaş cəmiyyətinin inkişafında əvəzsiz rol oynayan istiqamətlərdən birinin də İnternet olduğunu söyləsək yanılmarıq. Qeyd edək ki, məhz internet vasitəsi ilə insanlar öz dünyagörüşlərinin inkişaf etdirilməsində, təhsil səviyyələrinin yüksəldilməsində, qısa zaman kəsiyində dünyanın istənilən kitabxanalarındakı materialları əldə etmək imkanına qadirdilər. İnternet şəbəkəsi vasitəsi ilə bir neçə dəqiqə ərzində istənilən sayda informasiya qəbul edib və eyni qayda ilə yaya bilərsiniz. İnternetdə işləyərkən sizdə şəbəkədə olan digər şəxslər kimi eyni imkanlara maliksiniz. Və sizin bu hüququnuzu kimsə məhdudlaşdıra bilməz. Əksinə, məhz lokal şəbəkə vasitəsilə siz daha çox dostlar tapmaq və başqaları ilə sizi maraqlandıran mövzular barəsində müzakirələr apara və fikirlərinizi yayımlaya bilərsiniz. Bununla da bir çox yeniyetmələrdə başqaları ilə əlaqə qurmaq və onlarla hər hansı mövzuların müzakirə etmək vərdişi formalaşmaqla yanaşı, eyni zamanda öz düşüncələrinin açıq şəkildə bəyan edilməsi istiqamətində olan səddin yıxılması da reallaşır. Və təcrübə nəticə olaraq, bu istiqamətdə müsbət irəliləyişləri təsdiqləyir. Bu ünsiyyət xüsusilə təhsil məsələlərində daha effektiv tövhələrini verir. Alimlərin rəylərinə görə son zamanlar virtual aləm əsasən məktəb yaşlı yeniyetmələrin özlərini daha sərbəst və rahat hiss etdikləri məkana çevrilməkdədir. Belə ki, məktəblilər məhz bu məkanda özlərini daha çox müdafiə olunmuş və təzyiq altında olmayaraq hiss edirlər. Onlar məhz virtual məkanda özlərinin yaxınlarına belə bəlli olmayaq qabiliyyətlərini rahat şəkildə nümayiş etdirə və yaxud, özlərini yenidən kəşf edə bilirlər.
Bundan əlavə, İnternet məkanı yeniyetmələrimizə inkişaf istiqamətində daha başqa imkanlar da sərgiləməkdədir. Təbii ki, buraya informasiya mübadiləsi aiddir. Bu isə virtual məkanda istər çat vasitəsi, istərsə də, elektron poçt və veb səhifələr vasitəsi ilə reallaşa bilər. İnformasiya mübadiləsinin təmin olunmasının digər mexanizmləri isə internet vasitəsi ilə keçirilən telekonfranslara və simpoziumlara qatılaraq, birbaşa onlayn vasitəsi ilə iştirakçıya çevrilməkdir. Bu isə aparılan müzakirələrdə gənclərimizin informasiya mübadiləsinin təmin olunmasında önəmli rol oynayır. İnternet şəbəkəsində reallaşan fərdlərə görə təyin etmə - fərdlər tərəfindən təqdimatların keçirilməsi və yayımlanması, virtual məkanda şəxsi veb səhifənin yaradılması, müəllif işlərinin geniş təbəqəyə təqdim edilməsi və ictimailəşməsi mümkündür.
Bundan əlavə, internet-kommunikasiya virtual aləmdə fərdlər tərəfindən nümayiş olunan yeni mədəniyyət formasının da inkişafını özündə təcəssüm etdirir. Belə ki, virtual məkan insanlara həmişə əldə etmək istədikləri daxili sakitliyi, şəxsi sərbəstliyi, cəmiyyətdə öz yerini tapmağa və əxlaqi dəyərlərin başqalarına örnək olaraq göstərilməsini təmin etmiş olur. Əksər alimlər hesab edirlər ki, İnternet mədəniyyəti özündə lokal şəbəkədə normal olaraq, iştirak etmək və internetdən ağıllı və səmərəli şəkildə istifadəni ehtiva edir.
Şəkil 1. Məktəblilərin internet mədəniyyətinin formalaşması və sosial tərbiyə mexanizmləri
Yuxarıda təqdim olunan cədvəldə əsasən iki istiqamət göstərilmişdir: informasiya mədəniyyəti və kommunikasiya mədəniyyəti.
İnternet şəbəkədə işləyən hər bir kəs əgər internet mədəniyyətinə malikdirsə, o zaman həmin şəxs şəbəkədə daha çox fərdi üstünlüklərini nümayiş etdirə biləcəkdir. Bundan əlavə, internet setdə işləyən bir çox insanların kommunikasiya mədəniyyətinin formalaşması də virtual aləmin verdiyi geniş imkanlar sırasına daxildir.
Şəkil 2. Məktəblilərin internet mədəniyyətinin mexanizm cədvəli.
İkinci cədvəldə təqdim olunan formadan göründüyü kimi yeniyetmə və gənclər arasında internet mədəniyyətinin təbliği onlarla işləyən müəllimlər üçün belə müəyyən zəhmət tələb edir.
Aşağıda təqdim olunan sorğuda meyarlara cavab verən üç istiqamətdə mövcud olan internet mədəniyyəti göstərilmişdir.
- İnternet mədəniyyətinin mövcud olan informasiya əsasında yaranması
- İnternet mədəniyyətinin interaktiv qaydalarda tərtib edilməsi
- İnternet mədəniyyətinin normalar çərçivəsində qəbul olunmuş münasibətlər vasitəsi ilə yaranması.
Qeyd edək ki, hər bir mövcud olan meyarlara üç istiqamətdən yanaşılmışdır. Yüksək səviyyə, orta və aşağı səviyyələr.
1. İnternet mədəniyyətinin mövcud olan informasiya əsasında yaranması
a. Təhsil səviyyəsinin artırmaq məqsədilə internetdən istifadə
- Aşağı səviyyə: İnternet şəbəkəsində yerləşdirilmiş, Başqalarına aid olan işlərin götürülməsi.
- Orta səviyyə: Axtarış nəticəsində tapılan məlumat və materialların seçilməsi, kiçik redaktədən sonra istifadəsi.
- Yüksək səviyyə: Şəbəkədə axtardığınız mövzunu taparaq, əldə olunan informasiyanı analiz etmək vasitəsilə öz fikrinizi və əlavələrinizi şəbəkə vasitəsi ilə yaymaq.
b. Sosial əhəmiyyətli məlumatların internet şəbəkəsindən istifadə etməklə qəbul olunması
- Aşağı səviyyə: Tam şəkildə etibar edərək, internet şəbəkəsindəki lazımı və lazımsız materialların qəbul edilməsi.
- Orta səviyyə: Materialla işləmək qabiliyyətinin zəif olması səbəbi ilə, başqasına aid işin internetdən tam şəkildə götürülərək istifadə edilməsi.
- Yüksək səviyyə: Əldə olunmuş materiallarla tanışlıqdan sonra onu başqa alternativ mənbələrlə əlaqələndirmək. .
2. İnternet mədəniyyətinin interaktiv qaydalarda tərtib edilməsi
a. İnternet şəbəkəsi vasitəsi ilə müəllif işlərinin təqdimatı (əks mövqelər).
- Aşağı səviyyə: Müəllif işlərinin şəbəkə vasitəsi ilə yayımı zamanı xoşagəlməz əks mövqelərlə qarşılaşma.
- Orta səviyyə: Müəllif işlərinin şəbəkə vasitəsi ilə yayımı zamanı heç bir əks reaksiya ilə qarşılaşmamaq. .
- Yüksək səviyyə: Müəllif işlərinin şəbəkə vasitəsi ilə yayımı zamanı xoşagələn əks mövqelər və alternativ baxışlarla qarşılaşaraq, müsbət rəylərlə tanışlıq.
b. İnternet şəbəkəsi vasitəsi ilə keçirilən yarış və müsabiqələrdə iştirakçılıq səviyyəsi.
- Aşağı səviyyə: Şəbəkə olimpiadaları və müsabiqələrdə formal iştirak.
- Orta səviyyə: Əsaslandırılmış iştirak.
- Yüksək səviyyə: Məqsədyönlü iştirak nəticəsində əldə olunan nəticələr.
c. Əlaqələrin qurulması və məlumatın dəyişdirilməsi baxımından şəbəkədə iştirak (iştirakçılıq dərəcəsi).
- Aşağı səviyyə: Şəbəkədə forum və telekonfranslar vasitəsi ilə aparılan müzakirələr barədə məlumatlı olmaq.
- Orta səviyyə: Forum müzakirələrində rəyləri oxumaqla kifayətlənmək..
- Yüksək səviyyə: Tetekonfranslar və çatlar vasitəsi ilə müxtəlif mövzuların müzakirəsində iştirak etmək.
d. İnternet şəbəkəsi vasitəsi ilə iş və əməkdaşlıq münasibətlərinin formalaşması (iştirakçılıq səviyyəsi).
- Aşağı səviyyə: Şəbəkədə müşahidəçilərin rolu.
- Orta səviyyə: Layihələrdə zəif iştirak.
- Yüksək səviyyə: Layihələrdə fəal iştirak. (liderlik).
3. İnternet şəbəkəsində - İnternet mədəniyyətinin normalar çərçivəsində qəbul olunmuş münasibətlər vasitəsi ilə yaranması.
a. Qrup moderatorları vasitəsilə təklif olunan daxili qaydalara riayət etmək.
- Aşağı səviyyə: Qaydalara əməl etməmək.
- Orta səviyyə: Nəzakət xatirinə əsas qaydalara əməl etməklə, ümumi nəzarət.
- Yüksək səviyyə: Şəbəkə və ya qrup daxili qaydaları pozmadan, bütün şərtlərə diqqətlə yanaşmaq.
b. Təxəllüsdən istifadə.
- Aşağı səviyyə:Təxəllüsdən istifadə etməklə qeyri-normal davranış tərzi nümayiş etdirmək.
- Orta səviyyə: Qeyri-adi təxəllüsdən istifadə etməklə şəbəkədə başqalarının diqqətini cəlb etmək.
- Yüksək səviyyə: Təxəllüsdən istifadə etməklə şəxsi internet təhlükəsizliyinizi qoruyaraq, şəbəkədə daha rahat virtual münasibət qurmaq.
c. Konfliktli vəziyyətlərdə davranış tərzi.
- Aşağı səviyyə: Açıq formada münasibətlərin aydınlaşdırılması.
- Orta səviyyə: Konfliktli vəziyyətləri nəzərə almamaq.
- Yüksək səviyyə Konfliktli vəziyyəti həll etməklə, nəticəsini şəxsi internet səhifəndə (forum və ya müzakirə dairələrində) yerləşdirmək.
d. Virtual aləmdə aparılan müzakirələr zamanı bildirilən rəylərə verilən reaksiya.
- Aşağı səviyyə: Forumlarda bildirilən rəylərə aqressiv yanaşma.
- Orta səviyyə: Rəylərə əhəmiyyətsiz yanaşma.
- Yüksək səviyyə: Müzakirələr zamanı virtual əlaqə zamanı qarşı tərəfdəkinə öz fikirlərini bildirmək üçün heç bir imkan yaratmamaq.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"








Download attachment >>