İnternet və informasiya təhlükəsizliyi
Artıq XXI əsrin astanasında, informasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi bir dövrdə, milli təhlükəsizlik məsələsi, daha çox informasiya təhlükəsizliyinin nə cür təmin olunması günümüz üçün daha çox aktuallaşır.
Son dövrlərdə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi sahələrində baş verən proseslər ölkənin beynəlxalq telekommunikasiya şəbəkələrinə inteqrasiyasına səbəb olmuşdur.
Beynəlxalq İnformasiya şəbəkəsi olan İnternet Azərbaycanda cəmiyyətin və idarəetmənin müxtəlif sahələrinə nüfuz etməkdədir. Artıq xeyli miqdarda dövlət təşkilatları, maliyyə-kredit strukturları, ölkədə yerləşən xarici qurumların böyük əksəriyyəti eləcə də fərdi şəxslər İnternet şəbəkəsinə qoşularaq informasiya mübadiləsi proseslərinin tərkib hissəsinə çevriliblər. Telekommunikasiya şəbəkələrinə daxil olmaq Azərbaycan üçün yeni imkanlar açır, nəhəng elmi-texniki, ictimai-siyasi informasiya bazalarına giriş əldə olunur, yeni əlaqələr formalaşmasına səbəb olur. Və şəksizdir ki, Azərbaycanın bu cür dünya inteqrasiya proseslərində iştirakı tam sürətlə davam etməlidir.
Lakin etiraf etmək lazımdır ki, bu gün internetin xidmətlərindən daha çox istifadə edən təbəqə gənclər və yeniyetmələrdir.
Onu da vurğulayaq ki, yaşadığımız məkanın geopolitik vəziyyətini nəzərə alsaq, o zaman Azərbaycanda da dünya ilə inteqrasiya əlaqələrinin qurulmasında əvəzsiz rolu olan İnternetdən səmərəli istifadə edilməsi, onun inkişaf etdirilməsi, bərabər xarici texnoloji-informasiya hücumlarının qarşısını alması, informasiya təhlükəsizliyi probleminin həll etməsi zəruri məsələ olaraq düşündürür.
Azərbaycanın İnternet fəzasında informasiya təhlükəsizliyi məsələsinə kompleks yanaşmaq üçün ekspertlər 3 əsas istiqaməti götürməyi daha məqsədəuyğun hesab edirlər:
- Normativ hüquqi bazanın yaradılması,
- Təşkilati tənzimləyici təminatın yaradılması,
- Nəhayət texnoloji təminatın yaradılması.
Təbii ki, hər bir istiqamətdə İnternet beynəlxalq təşkilat olduğundan, beynəlxalq və regional xarakter daşımalıdır
Azərbaycanın informasiya resursları üçün əsas təhlükə mənbəyi həm xarici şəbəkələrindən yerli İnternet istifadəçilərinin informasiya məlumat bazalarına müdaxiləsi, həm də informasiya məlumat sistemlərinin dağıdılması, ələ keçirilməsi məqsədilə Azərbaycanın formalaşmaqda olan daxili informasiya şəbəkələrinə müdaxiləsindən ibarətdir.
İnternet bir informasiya cəmiyyəti, bir beynəlxalq informasiya təşkilatı kimi açıq qurumdur. Formal olaraq hər bir istifadəçi beynəlxalq kommunikasiya xətləri ilə birləşdirilmiş lokal şəbəkələrin informasiya serverlərinə daxil ola, istənilən informasiyanı əldə edə bilər. Məhz bu nöqteyi nəzərdən artıq beynəlxalq arenada nəhəng bir "xakerlər ordusu" yaranmışdır. Onların da əsas məqsədi informasiya resurslarını sıradan çıxarmaqdır. Təbii ki, onların arasında həm əyləncə məqsədilə, həm kommersiya məqsədilə, həm də kəşfiyyat məqsədilə məşğul olanlar var.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







