İNTERNET
Biz internetə elə alışmışıq ki, həyatımızı onsuz təsəvvür edə bilmirik.
1969-cu il sentyabrın 2-də Amerikanın Kaliforniya və Los-Anceles universitetlərində 2 kompyuter vasitəsi ilə əvvəlcə hərbi məqsədlər üçün nəzərdə tutulan ARPANET şəbəkəsi yaradılır. Şəbəkənin test variantını sınaqdan çıxarmaq üçün Leonard Kleinrock “log in” sözünün hər hərfini Kaliforniyadakı həmkarlarına göndərdikdən sonra telefonla onlardan öz kompyuterlərində hərfləri görüb-görmədiklərini soruşur. 2 hərf getdikdən sonra 3-cünü göndərmək istəyərkən sistem sıradan çıxsa da, Internet tarixində yeni bir era başlayır. Sonra Arpanet şəbəkəsinə Santa-Barbara və Yuta universitetləri də qoşulur. 1970-ci ildə Arpanetin Kembricdə ilk qovşağı yaranır.
Azərbaycanda isə internetin tarixi 1970-80-ci illərə təsadüf edir. Məhz həmin illərdə ölkəmizdə elektronika, avtomatika və hesablama texnikası üzrə alimlər və mütəxəssislər yetişdirilir, elektron avadanlıq istehsal edən zavodlar tikilir. Ümummilli lider Heydər Əliyevin birbaşa köməkliyi ilə Azərbaycana o zaman çətin tapılan avadanlıqlar və ancaq hərbçilərə verilən BESM-6 super hesablayıcı maşını gətirilir ki, bu da sahə üzrə o dövrə görə bir çox əhəmiyyətli problemlərin həll olunması üçün əlverişli şərait yaradır. Elə bu ərəfədə də respublikaya informasiya ötürülməsi şəbəkəsi, güclü kompyuter parkı, müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması məqsədi ilə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi yaranır.
1972-ci ildə Rey Tompson elektron poçtu ixtira edərək, onu şəbəkəyə daxil edir. Başqa sistemlərdə elektron ünvanları göstərmək üçün @ simvolundan istifadə edir. 1973-cü ildə Arpanetin Böyük Britaniyada və Norveçdə ilk beynəlxalq qovşaqları yaradılır.
Sonralar Vint Tserf və Bob Kan şəbəkədə bir-birini başa düşmək imkanı yaradan yeni bir kommunikasiya növü, ötürmə idarəetməsinin protokolunu TCP\IP-ni ixtira edərək əsil internet yaradılir.
Kaliforniyada 1983-cü ildə Pol Makapetris Domen Adları Sistemini təklif edir və bir il sonra “com”, “gov” və “edu” kimi domenlər yaranır.
1988-ci ildə Kornel Universitetinin məzunu Morris şəbəkəyə öz proqramını yerləşdirərkən səhvə yol verir və 6200 kompyuterə virus salır. Bundan sonra şəbəkədə virus problemi ilə ciddi məşğul olmağa başlayırlar.
1989-cu ildə Quantum Computer Services Makintoş və Apple 2 üçün yeni Amerika On-Line servisi yaradır ki, bu da 27 milyon amerikalını internetə qoşa bilir.
Tim Bernes Linin 1990-cı ildə yaratdığı World Wide Web ümumdünya şəbəkəsi internetin 1990-cı ildə inkişafına güclü təkan verir. Elə bu ildə də keçmiş SSRİ-də Kurçatov İnstitutunun elmi mərkəzinin bazasında elektron poçtun ümumittifaq marşrutunun işlənilməsinə başlanılır, Bu İttifaq miqyasında 1-ci kompyuter şəbəkəsi idi. Moskva, Leninqrad, Novosibirsk, Kiyevin qoşulduğu “Relkom” şəbəkəsi vasitəsi ilə İnternetlə mütəmadi olaraq poçt ötürülməsi kanalının təşkili məqsədilə Kurçatov İnstitutundakı kompyuter və Helsinski Uiversitetindəki terminalla modem əlaqəsi yaradılır. Bundan sonra “Relkom” və “Demos” elmi mərkəzləri SU.(Soviet Union) domenini qeydiyyatdan keçirirlər. Sovet İttifaqının müxtəlif şəhərlərindən “Relkom”a yeni-yeni istifadəçilər qoşulur. Elə 1990-cı ildə də “Relkom” EUNET Avropa şəbəkəsinə qoşulur ki, bu tarixi də keçmiş sovetlər birliyində internetin yaranması hesab etmək olar.
Azərbaycanda İnternetin inkişafı 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutunda) elektron poçt xidmətinin yaradılması ilə başlanılmışdır.
1994-cü ildə Avtomatlaşdırılmış İdarəetmə şöbəsi Türkiyə hökumətinin və BP şirkətinin dəstəyi ilə Elmlər Akademiyasının binasında İnternetin ilk qovşağını yaradır. Bu qovşaq VAX kompyuterləri və Sun serverləri əsasında yaradılır, Türksat süni peyki vasitəsi ilə Ortadoğu Texniki Universitetinin İnternet mərkəzi arasında əlaqə kanalı qurmuş və internetə çıxış təmin olunmuşdur.
Akademiya şəhərciyində yerləşən bütün institut və təşkilatlar bu şəbəkəyə qoşulur. Bununla yanaşı, başqa dövlət təşkilatlarının da qlobal şəbəkəyə qoşulmağa artan tələbatını təmin etmək üçün Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında ikinci qovşaq yaradılır. Bununla da Respublikada geniş infrastruktura malik İnternet şəbəkəsi fəaliyyətə başlayır.
1993-cü ildə az. domeni rəsmi olaraq Azərbaycanın yüksək domen adı kimi İCANN-da qeydiyyata alınmışdır.
Bu gün dünya miqyasında internet durmadan inkişaf etməkdədir. 1993-cü ildə Mark Andersen və onun İllinois Universitetindəki həmkarları qrafika və mətni bir səhifədə birləşdirən MOSAİK - ilk internet-brauzer yaradırlar. Xususi olaraq X WINDOWS üçün yaradılan bu brauzer, statik və darıxdırıcı internet səhifələrini multimedia sənət əsərlərinə çevirərək, brauzerlər arasında demək olar ki, müharibənin başlanğıcını qoydu və bir il sonra 1994-cü ildə Microsoft və digər şirkətlərin maraqlarına zidd olaraq NETSCAPE kommersiya brauzerini yaratdı.
Mosaik, Netscape, Microsoft İnternet Explorer brauzerlərinin yaranması internetin çox sürətlə məşhurlaşmasına gətirib çıxardı.
İnternet vasitəsilə əmtəə və xidmətlər təklif edən Amozon.com saytı isə 1995-ci ildə yaradılır.
Elə həmin ildə də Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində Azərbaycanda ilk veb sayt olan ab.az saytı yaranır. 1996-cı ildə ilk dəfə olaraq İntrans şirkəti Rusiya kanallarından istifadə edərək İnternet xidməti təklif edir. Sonradan Azerin, AzEvroTel və digər şirkətlər internet xidmətləri göstərirlər. 1997-ci ildə internetdə 10 milyon kompyuter və 1 milyon domen adları qeydə alınır. Elə bu ildə Azərbaycanda PRESİDENT.az dövlət veb saytı yaranır.
İlk axtarış sistemi 1990-ci ildə yaranmış ARCHİYE sayılır. Bundan sonra belə sistemlər artmağa başlayır. GOOGLE korporasiyası 1997-98-ci idə Stanfordda öz proyektini yaradır. On il tarixi ərzində 20 mindən çox işçisi olan Google bu gün də ən böyük Amerika şirkətlərindən biri və ən məşhur saytlardan sayılır. Elə təxminən Google-la bir vaxtda digər bir axtarış sistemi YAHOO yaranır. 1999-cu ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemi şöbəsi İnformasiya Texnologiyaları Elmi Mərkəzinə çevrilir. Internetin sonrakı inkişafına təkan verən Mərkəzin rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda ilk axtarış sistemi yaranır.
1999-cu ildə internetdə musiqi mubadiləsinə imkan verən NAPSTEF şəbəkəsi yaradılır ki, bu da səsyazma sənayesinin işini kökündən dəyişir.
Dünyada internet durmadan inkişaf edir və istifadəçilərin sayı 250 milyona çatır.
Azərbaycanda 2000-ci ildən başlayaraq dövlət orqanlarına sistemli şəkildə gov.az domeninin verilməsinə başlanılıb. Elə həmin ildə AzRENA-Azərbaycan Elmi-Tədqiqat və Təhsil şəbəkələri Assosiasiyası təşkil edilir ki, bu da regional şəbəkələrin və tədris mərkəzlərinin, milli informasiya resurslarının inkişafında aparıcı rol oynayır.
2000-ci ildə yaradılmış milli internet provayderi “Delta Telekom” əvvəlcə peyk rabitəsi vasitəsi ilə 12 Mb/s tutumu olan kanalla, 2004-cü ildə isə regionda ilk dəfə olaraq optik bağlantı vasitəsi ilə 155 Mb\s tutumlu kanalla beynəlxalq internet şəbəkəsinə qoşulur. Hal-hazırda isə kanalın tutumu 30 Gb təşkil edir. 2003-cü ildə NATO-nun təqdim etdiyi qrant çərçivəsində Orta Asiya və Zaqafqaziya respublikalarını birləşdirən Virtual İpək Yolu layihəsinə başlanılib. Layihə çərçivəsində respublikanın elm və təhsil müəssisələrinin internetlə təminatı yaxşılaşdırılıb.
Bu gün artıq etiraf edə bilərik ki, İnternet getdikcə populyarlaşıb. On-line biznes yaranır, internet-mağazalar müxtəlif məhsullar təklif edir, getdikcə internetdə maraqlı layihələr yaranır.
2004-cü ildə Harvard Universitetinin 2-ci kurs tələbəsi Mark Tsukerberq istifadəçilərinin sayı hal-hazırda 250 milyonu ötmüş Facebook layihəsini həyata keçirir.
2005-ci ildə Azerbaijan.az saytı H.Əliyev Fondunun Prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaranır və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır.
Elə həmin ildə də bütün dünya istifadəçilərinin öz videolarını yerləşdirə və baxa biləcəyi Youtube xidməti yaranır. Apple şirkəti 2007-ci ildə iPhone aparatı istehsal edərək milyonlarla istifadəçilərə naqilsiz internet təklif edir. 2008-ci ildə internetin sürətli inkişafı davam edir: istifadəçilərin sayı 1,8 milyarda çatır, 1,3 milyon e-mail istifadəçisi hər gün 210 milyon elektron məktub göndərir. Saytların sayı 187 milyona çatır. Azərbaycanda hal-hazırda vətəndaşların 40%-dən çoxu internet istifadəçiləridir. Bakıda və regionlarda mindən çox internet-klub açılmış, əhaliyə kompyuter bilikləri öyrədilir. 35-dən çox internet provayderi xidmət göstərir ki, onların sayının artması Qafqaz regionunda güclü rəqabət yaradır.
Hazırda Azərbaycanda milli informasiya resurslarının həcmi və internet vasitəsi ilə verilən xidmətlərin çeşidi sürətlə artır, dövlət və biznes sektorunda elektron həllər uğurla tətbiq edilərək E-hökumətinin formalaşması üçün etibarlı baza yaradılır.
Ulu Heydər Əliyevin 2003-cü il fevralın 17-də qəbul etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya” və həmin ildən bu sahədə yeni mərhələnin başlanğıcını qoyan Prezident İlham Əliyev tərəfindən imzalanmış bir sıra mühüm Proqramlar bu prosesin sürətli inkişafını təmin edir. İnternetin gələcək inkişafındakı yeni dalğa həyat tərzimizi daha da yaxşılaşdıracaq və bəşəriyyəti daha gözəl gələcəyə aparacaq.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







