Vətənçin yaşayan, vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır! (M.Müşfiq)
Xalqımızın qəlb şairi, gözəl və nəcib duyğular şairi M.Müşfiq ürək titrədən misralarını başlıq kimi yazaraq fikirləşirəm. Gözlərim qarşısında Azərbaycanın qanlı-qadalı tarixi keçmişi canlanır. Bu iki misrada Azərbaycan övladlarının tarixi qəhrəmanlıq ruhu, vətən qarşısında borcu, amalı çox məharətlə əks olunsa da, bu mənanı açmaq böyük ustalıq tələb edir. Buna mənim gücüm çatmır. Axı kiçik bir yazıya böyük bir ürəyi - Azərbaycanı necə yerləşdirim?
Azərbaycan! Doğma yurdum, doğma vətənim! Ürək sözlərimi sənə xitabən yazmaq istəyirəm. Tarixinin hansı səhifəsini vərəqləyim? Bəlkə, dünyada üçüncü tapıntı sayılan ən qədim yaşayış məskənindən – Azıx mağarasından söhbət açım? Bəlkə də, od, atəş övladları- Qorqud övladları yaradıb bu mağaranı?
Bəlkə, dünyaya sahib olmaq iddiası ilə yürüş keçirən Əmir Teymura göz dağı olan Əlincə qalasının aslan ürəkli igidlərindən söz açım? Yox, qoy elə qoç Koroğlunudan, igid Nəbidən, qəhrəman Həcərdən danışaq. Qəlbimdə Babəkin harayını eşidirəm. Azərbaycanı vahid bayraq altında birləşdirməyə çalışan şah babamızın- Şah İsmayıl Xətainin səsi qulağıma gəlir. Elə bil haradansa həzin bir nəğmə axıb qəlbimdə dolur:
Azərbyacan! Elim, obam, məskənim.
Könlüm bu torpağın sorağındadır.
Əsl qəhrəmanlar, əsl igidlər
Doğma Azərbaycan torpağındadır.
Birdirmi, ondurmu, yüzdürmü qəhrəmanlıqlarla dolu səhifələrin, anam Azərbaycan?!
Son dövr hadisələri, zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycan övladları indi də hər cür qəhrəmanlıq göstərməyə, Vətənin şöhrətini ucaltmağa qadirdirlər. 1988-ci ildən bəri azğın düşmənlərə sinə gərib dayanan oğul və qızlarımız sübut etdilər ki, Vətən həmişə Vətəndir. Vətəni vətənləşdirən onun qeyrətli və cəsur övladları yeyib nankor çıxanlar, düşmən qarşısından qaçan fərarilər də mövcuddur. Elə Koroğlu zamanında da Keçəl Həmzələr olub. Lakin Vətənin tarixini yazan keçəl Həmzələr yox, qoç Koroğlular olur. Azərbaycan yenə də öz qəhrəman övladları ilə fəxr edə bilər.
“Torpaq – uğrunda ölən varsa Vətəndir!” – deyirlər. Şəhidlər xiyabanında uyuyan igidlərimiz – ölümü ilə ölümsüzlüyə qovuşanlar bu deyimi daha parlaq şəkildə sübuta yetirdilər. Vətən anadır və bu ananın xoş günü naminə canını qurban verənlər ən xoşbəxt insanlardır.
Odlar yurdu – Azərbaycan!
Canımsan.
Vətənimsən, mənliyimsən.
Qanımsan.
Heysiyyətim, mənliyimsən.
Sevincimsən, şənliyimsən.
Səninlədir yaşayışım,
Varlığım da.
Yaşayıram qoynunda mən,
Sənsə - bütün varlığımda.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







