Hansı sənət yaxşıdır?
Orta məktəbin yuxarı siniflərində oxuyanda adamı belə bir sual düşündürür. Hansı peşənin ardınca getməli? Bu çox məsuliyyətli bir seçimdir. İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Doğrudur, sənətlər, peşələr arasında seçki qoymaq, “bu yaxşıdır”, “bu pisdir” –deyib onları ayırmaq olmaz. Cəmiyyətə faydalı əməklə bağlı bütün sənət və peşələr şərəflidir. Sənətin pisi olmaz, sənətkarın pisi ola bilər. Lakin hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcək sənətin, peşənin ardınca getməlidir. Yoxsa bir də görürsən ki, dərslərini yaxşı oxumayan bir uşaq gələcəkdə hüquqşünas və ya şərqşünas olmaq istəyir. Doğrudur, bu, heç də pis arzu deyil. Amma bu arzuya düşən adam gərək gecəsini gündüzünə qatsın, əlndən kitab düşməsin. Yoxsa təkcə arzu etməklə iş düzəlmir. Arzuya çatmaq üçün əziyyət çəkmək, hər cür zəhmətə qatlaşmaq, ən əsası isə yaxşı lazımdır.
Mən də özümə peşə seçmişəm. Ola bilər ki, bu peşəni seçməyim bəzilərinə bir qədər qəribə görünsün. Amma dənizçilik peşəsi mənim daha çox xoşuma gəlir. Dənizçilər hər yerdə olur, hər yeri gəzir, çox ölkələrlə, çox adamlarla tanış olurlar. Əlbəttə, belə həyat çox maraqlıdır. Lakin məni bu peşəyə cəlb edən onun yalnız maraqlı deyil, dənizçilərin cəsur və qorxmaz insan olmalarıdır.
Mən dənizçilərin həyatından bəhs edən çoxlu kitab oxumuş, xeyli kinofilmə tamaşa etmişəm. Artıq bilirəm ki, dənizçilər çox igid, cəsur və qorxmaz olurlar. Onlar dəhşətli tufanlara, fırtınalara qalib gəlməyi bacarır, heç bir çətinlikdən qorxmurlar. Müharibə həyatından bəhs edən bəzi kinofilmlərdə dənizçilərin göstərdiyi şücaətlər adamı lap heyran qoyur.
Dənizçilərin gözəl və vüqarlı geyimləri, çox sağlam və gümrah bədənləri olur. Küçədə dənizçi geyimində adamları onlara həsədlə baxır, onları dünyanın bəxtəvəri hesab edirəm. Mən böyüyəndə mütləq dənizçi olacağam, lentli papaq geyinəcəyəm. Mavi okeanlardan keçib müxtəlif ölkələrlə tanış olacaq, Xəzərimin doğma sularında üzəcəyəm. Son olaraq ürəyimdən keçən arzumu şerlə ifadə etmək istəyirəm:
Dənizçi olmağı istəyirəm mən,
Bu arzu uşaqkən girib qəlbimə.
İstəyirəm dənizləri fəth edib,
Xeyir verim torpağım, elimə.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







