"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Böyük ədib Böyük ədib ================================================================================ admin on 05 May, 2010 C.Cabbarlının ölümünə həsr olunmuşdur. Döydü qapımızı bir acı ruzgar, Durdu insan qəlbi, öldü sənətkar… Mənim təbiətə bir sualım var: Bumudur insanla onun ilqarı? Sən, ey bu torpağın əziz insanı, De, qələmin hanı? Kağızın hanı? Matəmin ağlatdı Azərbaycanı, Yasını saxlayır Qafqaz dağları. Gülən dodaqların, söylə, soldumu, Düşünən beyinin torpaq oldumu, Sevgilin saçını bir-bir yoldumu, Həyata son dəfə baxdınmı barı? Adını qəlbində hər kim arasa, Bilirəm, ağlayıb batacaq yasa; Bir xəbər göndərsin Kürə, Araza Dumanlı dağların soyuq ruzgarı. Ömrünün çiçəyi birdən solsa da, Ölümün, matəmin vaxtsız olsa da, Dünya boşalsa da, dünya dolsa da, Tarix yaşadacaq bu sənətkarı!..