"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Dağlar Dağlar ================================================================================ admin on 04 May, 2010 Binələri çadır- çadır Çox gəzmişəm özüm, dağlar! Qüdrətini sizdən aldı Mənim sazım, sözüm, dağlar! Maral gəzər asta – asta, Enib gələr çeşmə üstə. Gözüm yolda, könlüm səsdə, Deyin, necə dözüm, dağlar? Hər obanın bir yaylağı, Hər tərlanın öz oylağı; Dolaylarda bahar çağı: Bir doyunca gəzim, dağlar! Qayaları baş – başadır, Güneyləri tamaşadır. Gödək ömrü çox yaşadır, Canım dağlar, gözüm dağlar! Bir qonağam bu dünyada, Bir gün ömrüm gedər bada; Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar