"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Nizami Gəncəvi Gecə keçmiş, mənə gəl bir məhi-taban ol sən ================================================================================ admin on 11 May, 2010 Gecə keçmiş, mənə gəl bir məhi-taban ol sən,Eşqinin həmdəmiyəm, süfrəmə mehman ol sən!Dirilik çeşməsidir ləblərin, ey nazlı nigar!Getməmiş canım əlimdən mənə canan ol sən!Çatma gəl O mişk tellərin sənin məzhəbi-dilbəri tutub ================================================================================ admin on 11 May, 2010 O mişk tellərin sənin məzhəbi-dilbəri tutub,O zülmkar qəmzələrin rəsmi-sitəmkəri tutub.Gül üzünü görən bəşər bağladı bel qul olmağa,Canını azad eyləmiş, rütbeyi-çakəri tutub.Bədnəzərin xətasına düşməyəsən deyə, səhərBir Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman ================================================================================ admin on 11 May, 2010 Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman,Sən gözəlləşdin, mənimsə gəncliyimdən yox nişan.Sən kimi bir nobaharla sanma təğyir eyləməzBağü bağçam, hər nə var soldurdu bir Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan? ================================================================================ admin on 11 May, 2010 Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!Sual etmə "Nədir Afərin hüsnünə, mən bir belə dilbər istərəm ================================================================================ admin on 11 May, 2010 Afərin hüsnünə, mən bir belə dilbər istərəm,Gecələr şəm yanar, sən kimi gövhər istərəm!Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,Valehəm onlara mən, bir belə məcmər Yenə tövbə evimi eşq xərab etmədədir ================================================================================ admin on 11 May, 2010 Yenə tövbə evimi eşq xərab etmədədir,Aşıq iftarını sevda meyi-nab etmədədir.Könlümə bir mələyin sevgisi od saldı, adı,Günü də Zöhrəni də göydə sərab etmədədir.Onun eşq atəşi hər Görün, önündə aşiqin şiri necə şikar edər ================================================================================ admin on 11 May, 2010 Görün, önündə aşiqin şiri necə şikar edər.Pələng kimi cavanları, bir anda biqərar edər.Çəkib də kirpiyindən ox, o əyri yayda saxlayır.Nə işdi ki, vurulmamış bu qəlbim Hüsnün gözəl ayətləri, ey sevgili canan! ================================================================================ admin on 11 May, 2010 Hüsnün gözəl ayətləri, ey sevgili canan!Olmuş bütün aləmdə sənin şəninə şayanKəl eylə inayət, mənə ver busə ləbindən,Çünki gözəlin busəsidir aşiqə ehsan.Sordum ki, "könül hardadır" aldım Üzün müştaqiyəm, ey dust, nədən bir an görünməzsən? ================================================================================ admin on 11 May, 2010 Üzün müştaqiyəm, ey dust, nədən bir an görünməzsən?Sənə bəndə mənəm, söylə, kimin sultanı oldun sən?O gözlər gül cəmalinlə ləbinçin şahidimdir, yar,Divan etsən özünsən bil, mənə Könlüm sitəminlə canə yetdi ================================================================================ admin on 11 May, 2010 Könlüm sitəminlə canə yetdi,Ahım odu asimanə yetdi.Ayrılmaram ölməyincə səndən,Qəm xəncəri qəlbə, qanə yetdi.Eşqi necə gizlədim cahanda,Şurim o biri cahanə yetdi.Karvan hələ çatmamış, yolundaKöç növbəti gəldi,