"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: O mişk tellərin sənin məzhəbi-dilbəri tutub O mişk tellərin sənin məzhəbi-dilbəri tutub ================================================================================ admin on 11 May, 2010 O mişk tellərin sənin məzhəbi-dilbəri tutub, O zülmkar qəmzələrin rəsmi-sitəmkəri tutub. Gül üzünü görən bəşər bağladı bel qul olmağa, Canını azad eyləmiş, rütbeyi-çakəri tutub. Bədnəzərin xətasına düşməyəsən deyə, səhər Bir dua eylədim sənə, əldə o dəftəri tutub. Layiqin olmasam da mən, yaş-quruma döz, ey gülüm! Göz yaşım axdı sel kimi, gör ki, o hər yeri tutub. Səninlə ilk dovda canı ucuz tutub, uduzmuşam, Eyləmə eşqə hiylə sən, rütbeyi-davəri tutub. Məsiha möcüzü kimi möcüzə göstərir ləbin. Səni Nizami Gəncəvi eşqdə rəhbəri tutub.