"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Görün, önündə aşiqin şiri necə şikar edər Görün, önündə aşiqin şiri necə şikar edər ================================================================================ admin on 11 May, 2010 Görün, önündə aşiqin şiri necə şikar edər. Pələng kimi cavanları, bir anda biqərar edər. Çəkib də kirpiyindən ox, o əyri yayda saxlayır. Nə işdi ki, vurulmamış bu qəlbim ahü zar edər Alıb ləbin sorağını, dağıtmışam libasımı, Görün, bu mey nə meydi ki, içilməmiş xumar edər. Dedim o daş ürəklidən vəfa görüm, nə çarə ki, Mənim bu şişə könlümü ələmlə səngsar edər. Şəbin visalı hər səhər alışdırır xəyalımı, O hər gecə bu könlümü, görün, nə tarümar edər. Xəzinədirsə möhnətin, xərabələrdə məskən et, Qərarsız könüldə, sor, nədən qəmin qərar edər? Nə qədr zalım olsa da, Nizami, əl götürmə sən! Gül istəyən cəfa çəkib, tikanla ruzigar edər.