"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Üzün müştaqiyəm, ey dust, nədən bir an görünməzsən? Üzün müştaqiyəm, ey dust, nədən bir an görünməzsən? ================================================================================ admin on 11 May, 2010 Üzün müştaqiyəm, ey dust, nədən bir an görünməzsən? Sənə bəndə mənəm, söylə, kimin sultanı oldun sən? O gözlər gül cəmalinlə ləbinçin şahidimdir, yar, Divan etsən özünsən bil, mənə həm şahid, həm düşmən. O hüsnə aynadan baxsan, inan ki, qısqanar könlüm, Onu pünhan tut, ey canan, amandır, yad nəzərlərdən. Nə ənbərdir o zülfün ki, səbadən gizlidir sirri, Onu tutduqca sən pünhan səba görmək dilər hərdəm. Sənin ki, asitanından həyat adlı sular çağlar, Sulansın keçdiyin yollar, gül açsın gül qədəmlərdə