"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Könlüm sitəminlə canə yetdi Könlüm sitəminlə canə yetdi ================================================================================ admin on 11 May, 2010 Könlüm sitəminlə canə yetdi, Ahım odu asimanə yetdi. Ayrılmaram ölməyincə səndən, Qəm xəncəri qəlbə, qanə yetdi. Eşqi necə gizlədim cahanda, Şurim o biri cahanə yetdi. Karvan hələ çatmamış, yolunda Köç növbəti gəldi, canə yetdi. Gözlə, gələrəm dedin, Nizami! Tez gəl ki, zaman o anə yetdi.