RÜCU

Şrift ölçüsü: Decrease font Enlarge font

Mil düzü, Mil düzü, geniş Mil düzü,
Eşit ürəyimdən keçən bu sözü!
Bu keçmiş halına acımam ki, mən.
Açıq danışalım, doğrudan da, sən
Bəlkə bu sevgini, bu sevincini,
Bəyaz qızılını, bəyaz incini
Xanlardan, bəylərdən əsirgəməmişsən,
Quduz köpəklərdən əsirgəməmişsən?
Tanışlarım bilir bunu, sən də bil!

 

Mənim darğınlığım səbəbsiz deyil.
Bir Bakı işçisi birinci kərə
Baxıb çoraqlıqdan çıxan ellərə,
Govur – arx üstündə mitinq açaraq,
Köksündə çırpınan qırmızı bayraq
Dalğalanan zaman lenta kəsərkən,
Orda neçin, nədən olmamışam mən.
Könlüm Araz kimi havalanmamış,
Gurultum çöllərədə dalğalanmamış?

 

Deyirlər o zaman burda köylülər
Tutub dişlərində qalib türkülər,
Bir daşqın fərəhlə gəlmişlər vəcdə.
Araz da eyləmiş onlara vəcdə.
Arazın önünü kəsən sipərlər
Qalxıb yüksəklərə açınca şəhpər,
Gənc bir arslan kimi kükrəyən Araz
Vermiş ətrafına dərin bir həras,
Sıçramış, köpürmüş, bayılmış, getmiş.
Mil düzünə sarı yayılmış, getmiş.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az