"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: QƏDİM KARVAN QƏDİM KARVAN ================================================================================ admin on 07 May, 2010 Gündüzlər çəkilmiş, gecələr çökmüş, Buludlar qoynunda sanki bir gümüş, Dərili qanğuru yavrusudur ay. İştə yol ucundan çıxdı bir alay. Poslası ulduzlar olan bir karvan, İçdiyi sarı su, yediyi yavan Sarvanlar uyqulu, dəvələr yorğun. Nədir bu heçlikdə bu gülünc oyun?! Torpaq yaraları ayaqlarında Yazın istisində, qışın qarında, Saqlı üzlərində düşgünlük qəmi, Ürəklərində bir xəzan axşamı, Qarşılarındakı dənizlər sərab, Ümidlər şikəstə, əməllər xarab, Rahatlıq bilmədən yürür bu karvan. – Karvan, bitməyəcək yollarla davan! Yürü, – deyir ona göydə buludlar, - Yürü, – deyir ona hər əsən rüzgar, İlan nə’rələri: – Yürü, – der ona. Sərablar çəkmədə onu qoynunda. Karvan yazıq karvan, budur, su yoxdur. Bu çöldə dağların qoxusu yoxdur. Yanıq alınlara bir acı röya, Çınlayan bir çatlaq can səsi guya Hər göz qarşısında bir “cənnət” açar. Yolçular ayılar, uyqular qaçaq. İçtə bu can səsi, ah, bu can səsi, Bu canın ruhlara ruh saçan səsi Bu quraq çöllərədə şəfqətlə çağlar, Ulduzlara gülər, gecəyə ağlar. Hıçqırar, boğular, nəhayət ölər. Siyah bir kirdaba düşər, gömülər. Gecələr, gecələr, susuz gecələr!