QƏDİM KARVAN
Gündüzlər çəkilmiş, gecələr çökmüş,
Buludlar qoynunda sanki bir gümüş,
Dərili qanğuru yavrusudur ay.
İştə yol ucundan çıxdı bir alay.
Poslası ulduzlar olan bir karvan,
İçdiyi sarı su, yediyi yavan
Sarvanlar uyqulu, dəvələr yorğun.
Nədir bu heçlikdə bu gülünc oyun?!
Torpaq yaraları ayaqlarında Yazın istisində, qışın qarında,
Saqlı üzlərində düşgünlük qəmi,
Ürəklərində bir xəzan axşamı,
Qarşılarındakı dənizlər sərab,
Ümidlər şikəstə, əməllər xarab,
Rahatlıq bilmədən yürür bu karvan.
– Karvan, bitməyəcək yollarla davan!
Yürü, – deyir ona göydə buludlar,
- Yürü, – deyir ona hər əsən rüzgar,
İlan nə’rələri: – Yürü, – der ona.
Sərablar çəkmədə onu qoynunda.
Karvan yazıq karvan, budur, su yoxdur.
Bu çöldə dağların qoxusu yoxdur.
Yanıq alınlara bir acı röya,
Çınlayan bir çatlaq can səsi guya
Hər göz qarşısında bir “cənnət” açar.
Yolçular ayılar, uyqular qaçaq.
İçtə bu can səsi, ah, bu can səsi,
Bu canın ruhlara ruh saçan səsi
Bu quraq çöllərədə şəfqətlə çağlar,
Ulduzlara gülər, gecəyə ağlar.
Hıçqırar, boğular, nəhayət ölər.
Siyah bir kirdaba düşər, gömülər.
Gecələr, gecələr, susuz gecələr!
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







