"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: GÖZLƏRİMİZ GÖZLƏRİMİZ ================================================================================ admin on 07 May, 2010 Gecə sakit, uyumuş Gözlərin lampası yummuş gözünü. Göy işılğanları sönmüş, nə gələn var, nə gedən. Pək uzaqdır ürəyim səksəkədən, Çünki andırmada rö’yalı gecə Bir bahar gündüzünü. Ah, bu xülyalı gecə!.. Yolumun üstünə çıxmış, baxınırlar şən-şən, Bu soqaqlarda kədərsiz gəzişən, Yüksələn bu dirəkələr. Bu dirəklər kimi bəklər, Kimi yoxlar? Sanki vururlar gecəyə pəncə, qızıl yumruqlar. Yoxsa bunlar da qızıl quşlarmı? Göyə yerdən uçurulmuşlarmı? Ki, dirəklərdə qanadlanmışlar, Sanki daldan-dala atlanmışlar. Qəhrəman işçilərin qəlbimi bunlar yoxsa? Bəlkə bizim gözlərimizdir onlar?! Olacaqdır bu dirəklər bizə yollarda əsa Dırmanırkən əsəbi bir rüzgar kimi dağdan-dağa biz. Tuş gələrsək burağanlar dolu bir qaynağa biz, Həp bu gözlər olacaqdır bizə rəhbər, Olacaqdır bu işıqlar bizə şəhpər? Bax, bu gözlərdə həyat müstəsna, Boyalar kəsb edərək incilənir. Mən baxarkən bu qızıl güllərə heyrancasına Sanki nurlar susamış könlümə yağmur çilənir. Biz bu gözlərlə qaranlıqlara etdikcə nüfüz Kəsb edir gündüzə məxsus – bir hal Keçdiyimiz tüstülü, çiskinli mahal!.. Gecə sakit, uyumuş Göylərin lampası yummuş gözünü. Göy işılğanları sönmüş, nə gələn var, nə gedən. Pək uzaqdır ürəyim səksəkədən, Bir bahar gündüzünü Çünki andırmada röyalı gecə. Ax, bu xülyalı gecə !..