GÖZLƏRİMİZ
Gecə sakit, uyumuş
Gözlərin lampası yummuş
gözünü.
Göy işılğanları sönmüş, nə gələn var, nə
gedən.
Pək uzaqdır ürəyim səksəkədən,
Çünki andırmada rö’yalı gecə
Bir bahar gündüzünü.
Ah, bu xülyalı gecə!..
Yolumun üstünə çıxmış, baxınırlar şən-şən,
Bu soqaqlarda kədərsiz gəzişən,
Yüksələn bu dirəkələr.
Bu dirəklər kimi bəklər,
Kimi yoxlar?
Sanki vururlar gecəyə
pəncə, qızıl yumruqlar.
Yoxsa bunlar da qızıl quşlarmı?
Göyə yerdən uçurulmuşlarmı?
Ki, dirəklərdə qanadlanmışlar,
Sanki daldan-dala atlanmışlar.
Qəhrəman işçilərin qəlbimi bunlar yoxsa?
Bəlkə bizim gözlərimizdir onlar?!
Olacaqdır bu dirəklər bizə yollarda əsa
Dırmanırkən əsəbi bir rüzgar
kimi dağdan-dağa biz.
Tuş gələrsək burağanlar dolu bir qaynağa biz,
Həp bu gözlər olacaqdır bizə rəhbər,
Olacaqdır bu işıqlar bizə şəhpər?
Bax, bu gözlərdə həyat müstəsna,
Boyalar kəsb edərək incilənir.
Mən baxarkən bu qızıl güllərə heyrancasına
Sanki nurlar susamış könlümə yağmur çilənir.
Biz bu gözlərlə qaranlıqlara etdikcə nüfüz
Kəsb edir gündüzə məxsus –
bir hal
Keçdiyimiz tüstülü, çiskinli mahal!..
Gecə sakit, uyumuş
Göylərin lampası yummuş gözünü.
Göy işılğanları sönmüş, nə gələn var, nə
gedən.
Pək uzaqdır ürəyim səksəkədən,
Bir bahar gündüzünü
Çünki andırmada röyalı gecə.
Ax, bu xülyalı gecə !..
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







